Xalq artisti, bənzərsiz balet ustası, Dövlət mükafatı laureatı Çimnaz Babayeva dekabrın 23-də ömrünün 74-cü ilində vəfat edib.
Mədəniyyət Nazirliyindən Eurasia Diary-ə verilən məlumata görə, Çimnaz Babayeva 1946-cı il dekabrın 23-də Bakı şəhərində anadan olub.
1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirən gənc balet artisti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilib və Azərbaycanın balet ustalarından birinə çevrilib.