Erməni qəzeti Müşfiqdən yazdı... ETİRAF

Mədəniyyət 10:23 04.01.2020

Türkiyədə ermənilərin nəşr etdiyi “Agos” qəzeti repressiyaya məruz qalan azərbaycanlı şair Mikayıl Müşfiqin şeirinə bəstələnmiş mahnıdan bəhs edən yazı dərc edib. Samson Martirosyan imzası ilə verilən məqalə Müşfiqin həyat yoldaşı Dilbərə yazdığı, xalq artisti Zeynəb Xanlarovanın oxuduğu “Qal sənə qurban” mahnısının tarixi ilə bağlıdır.

S.Martirosyan məqaləsinin girişində Müşfiqin həyatı haqqında məlumat verib, onun və xanımının başına gətirilən zülmlərdən bəhs edib: “Müşfiqin həbsindən sonra “Dilbərnamə” əlyazması da daxil, bütün əsərləri yandırıldı. Ancaq Stalin öldükdən sonra Müşfiq və bir çox digər sənətkarlara bəraət verildi. Müşfiq 12 il kimi qısa bir müddətdə onu Azərbaycanın ən böyük və ən çox tanınan şairlərindən birinə çevirəcək miras buraxır. Əsərləri yenidən dərc edilir, onlar arasında “Dilbərnamə”dən şeirlər də vardır. Ərindən dəfələrlə dinlədiyi şeirlərdən bəziləri zehninə həkk edilmiş və bunları illər sonra hafizəsindən yazıya köçürən Dilbər “Müşfiqli günlərim” başlıqlı bir kitab da nəşr edir”.

S.Martirosyan daha sonra Dilbərə yazılan mahnıdan bəhs edir: ““Sənə qurban” şeiri də Dilbərin hafizəsində qaldığı halıyla “Ulduz” dərgisində çıxır və həmin il Ələkbər Tağıyev tərəfindən bəstələnir. İlk dəfə Zeynəb Xanlarovanın oxuduğu mahnı çox bəyənilir, Azərbaycanda məşhur olur, digər Sovet respublikalarına da yayılır... Xanlarovanın Ermənistandakı köhnə nəsil heyranları da bu mahnını xatırlamaqdadırlar”.

Müəllif daha sonra bu mahnının Bakıdan Beyruta doğru yol almasından, orada yaşayan ermənilər tərəfindən sevilməsindən və nəhayət erməni müğənninin bu mahnıya yeni sözlər yazıb oxumasından bəhs edir: “Erməni estradasının öndə gedəni ermənilər içində “Heliums” qrupunun solisti olaraq tanınan Adiss Harmandiandı. Adiss və digər müğənnilər bilinən mahnıları alıb ermənicə sözlər yazmağa başladılar... Adiss “Karun, Karun”u 1973-də çıxardı. Hərəkətli və romantik sözləri ilə qısa vaxtda məşhur olan mahnının sözləri belə idi: Karun, karun, karune/Sirun, sirun, sirune... (Bahar, bahar, bahar o, Gözəl, gözəl, gözəl o...”. “Karun, karun” əslində “Sənə qurban”ın özünəməxsus bir erməni versiyası idi. Adisin “Sənə qurban”ı ilk dəfə nə zaman və necə eşitməsi bilinmir. Türkcə yayımlanan bir radio kanalından eşidə bilərdi. Çünki mahnı Türkiyədə də böyük bir uğur qazanmış və Xanlarova albomunu çıxardıqdan sonra Türkiyə turnesinə çıxmışdı”.

S.Martirosyan yazısına belə davam edir: “Mahnının kökünü bu gün çoxları bilmir. Müşfiqin dərc etməyi heç zaman düşünmədiyi eşq sözləri təkcə Azərbaycanda deyil, erməni diasporasının qeyri-rəsmi paytaxtı Beyrutda da məşhur mahnı olub... Tezliklə Suriyada “Sah al Nom” adlı sevilən bir televiziya serialının musiqisi olaraq ərəbcə versiyonu çıxıb. Filmin son səhnəsində Ğawar obrazını canlandıran məşhur komediyaçı Duraid Lahhamın “Fatum, Fatum” adlı bu mahnını söyləməsi “Karun, Karun”un məşhurluğunu göstərir. “Karun, Karun”un çıxmasından bir il sonra, 1974-cü ildə Türkiyədə “Mavi muncuq” filmi yayımlanır. Açılış səhnəsində Emel Sayın filmə adı verilən mahnını səsləndirir. Mahnı bir neçə fərqliliklərlə “Sənə qurban” və “Karun, Karun”un nəğməsi üzərində yazılıb... Mahnı daha sonra Yunanıstana yayılır. Nikolau Filipos mahnını yunanca oxuyur. “Pare, pare, pare me” adlı mahnının nəqəratı belədir: “Al, al, al məni, öp, öp, öp məni”...Bu azəri mahnısı beləcə 70-lərin ortalarına gələnə qədər dörd dildə daha yayımlanıb: ermənicə, ərəbcə, türkcə, yunanca”.

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Hamısı