Xalq artisti Elza İbrahimova haqqında bilmədiklərimiz

Mədəniyyət 19:25 11.01.2020

Bu gün Xalq artisti Elza İbrahimovanın doğum günüdür...

Eurasia Diary Kulis.az-a istinadən bu münasibətlə bəstəkarla bağlı maraqlı faktları təqdim edir.

Elza İbrahimova 1938-ci ildə Hacıqabulda anadan olub.

Onun musiqiyə olan həvəsini ilk dəfə anası hiss edir. Musiqi məktəbini bitirdikdən sonra anasının dəstəyi ilə sənədlərini ali məktəbə verir. İmtahan verdiyi ilk ildə ixtisas fənlərindən əla qiymətlər alsa da, bir fəndən kəsilir. Həvəsdən düşən Elza İbnrahimova yenidən imtahan vermək istəmir və anasına dərzi olmaq istədiyini bildirir. Lakin anası ona “Mən sənə çit paltar tikdirəcəm” deyib Elzanı fikrindən daşındırır və o ikinci dəfə ali məktəbə imtahan verir və Cövdət Hacıyevin sinifinə daxil olur.

Anası Sona xanım qızının Qara Qarayevin sinfində təhsilinə davam etməsini istəyir. Buna səbəb isə anasının həmin dövrdə məşhur olan “Yeddi Gözəl” operasını çox sevməsi olub.

Elza İbrahimova Qara Qarayevin sinifində təhsil aldığı beş il müddətində bir mahnı belə yazmamışdı, simfonik musiqiylə məşğul idi.

Mahnılarının əksəriyyətini Flora Kərimova üçün yazıb.

İlhamə Quliyevanın ifasında məşhurlaşan “Gəl-gəl, gülüm” mahnısını Flora Kərimova üçün yazıb. Həmin ərəfədə Flora Kərimova qastrol səfərinə getməli olduğu üçün onunçün yazdığı “Bilməzdim” və “Sən yadıma düşəndə” mahnılarını başqa sənətkarlara verməli olub.

Elza İbrahimovanın ən çox bir yerdə çalışdığı şair Ramiz Heydər olub. Belə ki, İbrahimova şairin 300-ə yaxın şeirinə mahnı bəstələyib.

24 yaşında özündən yaşca xeyli böyük olan professor Adil Ələkbərovla ailə qursa da bu evliliyin ömrü uzun olmayıb. Cəmi bir il davam edən ailə həyatından cütlüyün Zəhra adlı qızları dünyaya gəlib. Qızlarının 1 yaşı olmamış Adil Ələkbərov naməlum səbəblə Elza İbrahimovanı tərk edir. Hətta qızının üzünü belə görmək istəmir. Yaşadığı bu uğursuz ailə həyatından sonra sənətkar bir daha evlənmir.

Təbiətcə sakit, azdanışan və sadəliyi sevən Elza İbrahimova heç vaxt zinət əşyalarına maraq göstərməz və istifadə etməzdi. Hətta deyilənə görə onun bir qızıl üzüyü belə olmayıb.

Elza İbrahimova Xalq artisti adı alanda 70 yaşı var idi.

Üzeyir Hacıbəyovdan sonra muğam əsasında opera yazan ikinci bəstəkardır.

Onun Qarabağ faciəsinə həsr etdiyi “Yanan laylalar” operası Opera Balet Teatrının səhnəsinə yol tapa bilməyib. 1993-cü ildə Mədəniyyət Nazirliyi əsərin səhnəyə qoyulması ilə bağlı qərar imzalamasına, teatrın o vaxtkı rəhbəri ilə müqavilə bağlanmasına baxmayaraq əsərin səhnəyə ayaq açmasına çox ciddi manelər yaradılıb. Bu məsələdən sonra Elza İbrahimova ciddi sarsıntı keçirib, səhhətində problem yaranıb.

Deyilənə görə, yaxşı plov və borş bişirməyi varmış. Hətta Flora Kərimova həmişə onlara gedəndə ondan borş bişirməsini xahiş edərmiş.

"Ey vətən" və "Bilməzdim" mahnılarını daha çox sevər, hətta bu iki mahnını özünü şah əsərləri hesab edərmiş.

Tanqonu Azərbaycana gətirən ilk xanım bəstəkardır və 11 tanqonun müəllifidir.

Qarmonda gözəl ifa etməyi bacarardı.

Bəstəkarın “Qurban verərdim” mahnısının sovet ruhuna uyğun olmadığı bildirilir və uzun illər mahnının efirlərdə səslənməsinə qadağa qoyulur. Deyilənə görə mahnının ilk ifaçısı olan Akif İslamzadə bədii şura tərəfindən töhmət alıb.

Maykl Ceksona rekviem yazıb.

Uzun illər şəxsi evi olmayan Elza İbrahimovaya ömrünün sonlarında verilən evdə yaşamaq qismət olmayıb.

Bəxtiyar Vahabzadə öz sözlərinə yazılan “Gecələr bulaq başı” mahnısını eşidəndə demişdi: “Sən bu şeirin incəliyini məndən yaxşı duymusan”.

Ömrünün sonlarına yaxın depressiyaya düşən sənətkar heç kimi görmək və danışmaq istəməyib. Ömrünün son bir ayından isə yemək içməkdən imtina edib. 2012- ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı