140 milyonluq nadir rəsm əsəri | Eurasia Diary - ednews.net

19 Sentyabr, Şənbə


140 milyonluq nadir rəsm əsəri

Mədəniyyət A- A A+

Moskva sakini altı yaşı olarkən çəkdiyi rəsmi 140 milyon rubla (3 milyon manat) satmaq qərarına gəlib.

Əl işi tanınmış “Avito” elan saytında yerləşdirilib.

Rəsmin sahibi qiymətin yüksək olmasını çəkilməsi zamanı ona “ürəyini qoyması” ilə əlaqələndirib. O əlavə edib ki, əldə etdiyi məbləğlə Rusiyadan mühacirət etməyi planlaşdırır.

“At üzərində Qırmızı Ordu əsgəri” adlı əsərin müəllifi sənət əsərini 1984-cü ildə çəkdiyini deyib.

“Dünya rəssamlıq nümunələri arasında bu qədər səmimi və insan duyğularına dərin iz buraxan əsər çəkilməyib”, - elanda rəssam qeyd edib.(Seherxeber.org)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...