Martın 14-də Heydər Əliyev Mərkəzində "Kremerata Baltika" kamera orkestri və tanınmış pianoçu Lyuka Debarqın konserti keçiriləcək.
Eurasia Diary xəbər verir ki, konsert proqramında görkəmli bəstəkarlar Ferens List, Kşiştof Penderetski, Meçislav Vaynberq və Miloş Maginin əsərləri təqdim ediləcək.
Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.