Dohanın tarixi məkanlarından biri olan SOUQ WAQIF-da yerləşən “NAKHCHIVAN“ restoranında Azərbaycan milli mətbəxinin bir-birindən ləziz təamları bura gələn qonaqlar tərəfindən maraqla qarşılanır.
Ləziz xörəklər, ənənəvi interyer, şərqlilərə xas olan qonaqpərvərlik və bənzərsiz kolorit sayəsində bu restoran sevimli iaşə müəssisəsinə çevrilib.