“Mənim ürəyim və sevgim hər zaman Azərbaycanladır”.
Eurasia Diary xəbər verir ki, bunu apa-ya müsahibəsində Oleq Tabakov adına teatrın bədii rəhbəri, tanınmış teatr və kino aktyoru, Rusiyanın Xalq artisti Vladimir Maşkov bildirib.
O, yaxın vaxtlarda Bakıya səfər edəcəyini söyləyib: “Çoxdandır Bakıda olmuram. Bakı gözəl və möhtəşəm şəhərdir. Hər zaman da belə olub. Bakıda çox dostlarım var. Məni tez-tez dəvət edirlər. Çox yaxın dostum, Bakıda doğulub böyüyən Timur Vaynşteyn məni hər zaman Bakıya dəvət edir. Ümid edirəm ki, tezliklə onunla birlikdə isti, möhtəşəm və mehriban Bakıya səfər edəcəyəm. Səbirsizliklə Bakıya səfərimi gözləyirəm".
Vladimir Maşkov son çəkildiyi “Odessa gəmisi” filmində görkəmli Azərbaycan musiqiçisi, bəstəkarı Polad Bülbüloğlunun ifasının səsləndirilməsinin təsadüfi olmadığını da vurğulayıb: “Mən Polad Bülbüloğlunun mahnıları ilə böyümüşəm. Atam və anam da onu çox sevirdilər. Oxuduğum ilk mahnılardan biri Polad Bülbüloğlunun "Doqonyu, doqonyu" mahnısı olub. Odur ki, mənim ürəyim və sevgim hər zaman Azərbaycanladır".