Hollivudun və kino tarixinin ən məşhur simalarından olan Kirk Duqlas 103 yaşında vəfat edib.
Eurasia Diary "bbc.com"a istinadla xəbər verir ki, onun ölüm xəbərini aktyor oğlu Maykl Duqlas açıqlayıb. "People" jurnalına açıqlama verən oğlu bildirib:
"O dünya üçün, kinonun qızıl çağını yaşamış bir aktyor, bir əfsanə idi. Amma mən və qardaşlarım Joel və Peter üçün sadəcə bir ata idi... O, həyatını dolu yaşadı. Kinoya qyub getdiyi miras gələcək nəsillərə də çatacaq. O, eyni zamanda bu planetə sülh gətirmək üçün çalışan məşhur yardımsevər idi".
Qeyd edək ki, Kirk Duqlasın əsl adı İssur Daniellovitç Demskidir. O, Rusiya kökənli yəhudi ailədə 1916-cı ildə, Nyu-Yorkda doğulub. Aktyor kimi məşhurlaşana qədər 40 müxtəlif işdə çalışan Duqlasın ilk filmi 1946-cı ildə çəkilən "Marta İversin qeyri-adi eşqi" olub. Aktyor daha çox "Spartak" filmi ilə şöhrət qazanıb. 3 dəfə Oskar mükafatına namizəd olan Duqlas 1995-ci ildə bu mükafatı "Yaşam Boyu Qürur" nominasiyası ilə qazanıb.(matbuat.az)