Şamil Əliyevin “ÇÖLÇÜ” filmi yeni zirvələri fəth etməkdə davam edir.
1-ci İlbaşı CROWN WOOD INTERNATIONAL FILM FESTIVAL 2020 (Hindistan, Kolkata) beynəlxalq kino ekspertlərdən ibarət münsiflər heyəti Şamil Əliyevin “ÇÖLÇÜ” filmini BEST OF THE BEST (YAXŞİLARIN YAXŞISI) statusunda BEST NARRATIVE FEATURE - ƏN YAXŞI BƏDII FILM və ƏN YAXŞI REJİSSOR mükafatlarının qalibi elan etmişdir.
http://www.crownwoodfilmfestival.com/award-winner-of-1st-annual-crown-award-2020/
Festival 2010 - ci ilin 14-15 fevralında Hindistanın Kolata şəhərində keçirilmişdir.
Mükafat SERTİFİKAT və HEYKƏL ilə təsdiq olunur.
Mükafatın təqdimetmə mərasimi də 15 fevralda baş tutmuşdur.
Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 60 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.
“Çölçü” ümumilikdə bi neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.
Şamil Əliyevin “Çölçü” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında şəkilmişdir.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.