“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri tədqiqatçı-alim Seymur Nəsirov, Qahirə Universitetinin təşkil etiyi "Şərq dilləri arasında qarşılıqlı tədqiqatlar" adlı beynəlxalq elmi konfransda mühazirə ilə çıxış edib.
O, çıxışında ərəb dilində elmi əsərlər yazmış azərbaycanlı alimlər haqqında geniş söhbət açmışdır. Bu alimlərin sayının yüzlərlə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Ərəb dilinin inkişafında böyük tövhələr vermiş Xətib Təbrizi, İbnu Həcib və İzzuddin əz-Zəncani haqqında danışarkən, mötəbər ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar haqqında yazılmış gözəl fikirləri də qeyd etmişdir.
S. Nəsirovun konfransa təqdim etdiyi "Ərəb dilinin yayılmasında Azərbaycan tövhələri" adlı elmi məqalənin xülasəsı çap olunaraq konfrans iştirakçılarına təqdim olunmuşdur.
Mühazirənin sonunda o, Misirlə Azərbaycan arasında qədimdən bu günə qədər əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, Misir Prezidenti Əbdülfəttah əs-Sisi cənablarının "Azərbaycan xalqı bizə qardaş xalqdır" sözü ilə çıxışını yekünlaşdırmışdır.
S. Nəsirovun çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
İki gün davam edəm elmi konfransda dünyanın müxtəlif ölkələrindən və o cümlədən misirli şərqşünas alimləri mühazirələrlə çıxış etmişlər.