Manaf Ağayev polisə çağırılıb - müğənni üzr istəyib | Eurasia Diary - ednews.net

9 Aprel, Cümə axşamı


Manaf Ağayev polisə çağırılıb - müğənni üzr istəyib

Mədəniyyət A- A A+

Müğənni Manaf Ağayev ATV-də veriliş zamanı işlətdiyi müəyyən ifadələrlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ)  dəvət olunub.

Əldə olunan məlumata görə, onunla profilaktik söhbət aparılıb, daha sonra sərbəst buraxılıb. M.Ağayev hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Məlumatı BŞBPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a təsdiqləyib.

Xatırladaq ki, M.Ağayev ATV-də veriliş zamanı qadınlara qarşı zorakılığa çağırış edən fikirlər səsləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...