Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib | Eurasia Diary - ednews.net

9 Aprel, Cümə axşamı


Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib

Mədəniyyət A- A A+

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.

"EDNews"un məlumatına görə, təbrik Birinxi Vitse-prezidentin “İnstagram” səhifəsində yerləşdirilib.

Təbrikdə deyilir: “Əziz qadınlar!

Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun!

Tanrı sizi və doğmalarınızı qorusun! Sevgilərlə!”.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...