Avroviziya-2020 onlayn keçiriləcək | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə axşamı


Avroviziya-2020 onlayn keçiriləcək

Mədəniyyət A- A A+

Koronavirus pandemiyası səbəbindən təxirə salınan “Avroviziya-2020" onlayn-konsert formatında keçiriləcək.

EdNews  xəbər verir ki, bu barədə məlumat müsabiqənin saytına yerləşdirilib.

Bildirilir ki, mahnı müsabiqəsi “Avroviziya: Avropa bərq vurur” şüarı ilə baş tutacaq. İki saatlıq şounun aparıcıları Hollivud ulduzları Şantel Yanzen, Yan Smit, həmçinin müğənni Edsiliya Rombli olacaq.

Mayın 16-da keçiriləcək şou proqramda 41 musiqi nömrəsi təqdim olunacaq. Konsert həmçinin təşkilatın rəsmi Yutub kanalından da yayımlanacaq.

Onlayn-konsertə ötən illərdə musiqi yarışmasının qalibi olanlar da qatılmaq imkanı qazanacaqlar.

Təşkilatçılar bu formatın müxtəlif ölkələrin əhalisini bu çətin dönəmdə birləşdirməyə xidmət edəcəyini deyir: “Biz təklif edirik ki, bütün dünyanın telekanalları bu şounu birlik ovqatında yayımlasınlar”.

Qeyd edək ki, Azərbaycanı “Avroviziya-2020" Mahnı Müsabiqəsində Samir Əfəndi "Kleopatra" mahnısı ilə təmsil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...