Kino xadimləri Prezidentə təşəkkür etdilər

Mədəniyyət 14:43 25.04.2020

Xalq artisti, kinorejissor Vaqif Mustafayev və Əməkdar İncəsənət Xadimi, kinoşünas, kinorejissor Ayaz Salayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

EDNews.net xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident.

Biz bütün dünyanı cənginə alan koronavirus adlı bəşəri bəlanın karantinindən mürəkkəb, birmənalı olmayan hisslərlə ayrılırıq. Bu hisslərin içərisində dünyasını dəyişənlərə görə kədər də var, xəstələrə qarşı şəfqət də. Amma bu hisslərin fövqündə dayanan bir işıqlı duyğu da var ki, o da Sizinlə bağlıdır.

Qeyd edək ki, karantinin ilk günlərində insanlarda bir vahimə, bir çaşqınlıq vardı. Amma Sizin dərhal və uzaqgörənliklə verdiyiniz qərarlar, atdığınız qətiyyətli addımlar insanları düşdükləri təşvişdən qurtardı, xalqı bu bəladan xilas edəcəyinizə əminlik yaratdı. Siz ilk gündən hamımızın yanında oldunuz, tükənməz enerjinizlə, xalqımıza böyük sevginizlə hər bir Azərbaycan vətəndaşına ata, oğul, qardaş oldunuz, Mehriban xanımla birlikdə xalqı ruhdan düşməyə qoymadınız. Biz hətta məcburiyyət qarşısında ayrı-ayrı məkanlara qapanmamıza baxmayaraq, Sizin sayənizdə özümüzü bir daha dərin köklərə malik ailə kimi hiss etdik.

Bu bəşəri bəla göstərdi ki, dünyanın taleyini həll edən dövlətlər bir virusun qarşısında necə acizdir. Hətta nüvə silahına malik ölkələrdə adi tibbi ləvazimatlar, maskalar tapılmadı. Azərbaycan dövləti isə bu ağır şəraitdə Sizin rəhbərliyinizlə özünü itirmədi. Siz əlinizdən gələni, mümkün olan və olmayan hər şeyi etdiniz. Ölkəmiz həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində digər inkişaf etmiş ölkələrlə müqayisədə daha az itki verib.

Bəzi ölkələri ucsuz-bucaqsız əraziləri, minlərlə kilometr məsafələri qət etməyə qadir silahları, yüz illərə yetəcək qədər təbii sərvətləri dünyada söz sahibi edib. Amma pandemiya ətrafında baş verənlər sübut etdi ki, əslində dövlətin başlıca sərvəti və gücü nə nefti, nə silahı, nə də ucsuz-bucaqsız ərazisidir, əsl güc onun müdrik və möhtəşəm lideridir. Xalqımızın bu baxımdan bəxti gətirib. Ümummilli liderimiz Heydər Əliyev xalqı uçurumdan çıxardı, müstəqil dövlət qurdu, Siz isə dövlətimizi yüksəltdiniz, müstəqilliyin qürurunu yaşatdınız, indi isə bəşəri bəladan xilas etdiniz. Biz Sizin adi günlərdə də yüksək quruculuq fəaliyyətinizi görmüşük, indiki kritik günlərdə isə qətiyyətli, düşünülmüş addımlarınıza şahidik. Sizin sayənizdə ən çətin günümüzdə də bütün ölkələrə nümunə olduq.

Biz kino adamlarıyıq, baş verənləri istər-istəməz öz peşəkar prizmamızdan görürük. Dünya kinosunun şah əsərlərində sınaqlardan sonra həyat eşqi, ümid işığı yaranır. Biz bu ümid işığını indi həyatımızda görürük. Sizin ölkəmizin rifahı yolunda həyata keçirdiyiniz gözəl əməllərdən ruhlanır, Sizinlə fəxr edirik, cənab Prezident!

Sizi dəstəkləyir və hər zaman yanınızda olduğumuzu bildiririk. Sizə möhkəm cansağlığı arzulayırıq".

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı