Türk dünyası muzeylərinə virtual ziyarət təşkil ediləcək | Eurasia Diary - ednews.net

26 May, Çərşənbə axşamı


Türk dünyası muzeylərinə virtual ziyarət təşkil ediləcək

Mədəniyyət A- A A+

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində mayın 18-dən 24-dək “Türk dünyası muzeylərinin həftəsi” keçiriləcəkdir.

EDNews.net AZƏRTAC-a istinadən xəbər verir ki, layihə çərçivəsində həftənin hər günü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin muzeylərinə uşaq və gənclər üçün virtual ekskursiya təşkil ediləcək. Muzeylərlə tanışlıq proqramının açılışı mayın 18-də Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya ilə başlayacaq. Sonrakı günlərdə ekskursiyalar Qazaxıstan Respublikası Milli Muzeyi, Qırğızıstan Milli İncəsənət Muzeyi, Türkiyə Troya Muzeyi, Özbəkistan Dövlət Tarix Muzeyi, Macarıstan Milli Muzeyi ilə davam etdiriləcək. Mayın 24-də isə muzey həftəsinə yekun vurulacaq.

Bu müddət ərzində gənc tamaşaçılar qədim tarixə və zəngin mədəniyyətə malik olan türk dövlətlərinin məşhur muzeylərini onlayn səyahət edə biləcəklər.

Proqramın məqsədi məktəbliləri türk dünyası muzeyləri ilə tanış etmək, gənclərin türk ölkələrinin tarixini, mədəniyyətini və incəsənətini daha dərindən öyrənməsinə təkan verməkdən ibarətdir.

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...