Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi, detektiv romanların müəllifi Çingiz Abdullayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə “Moskva-Bakı” nəşri xəbər yayıb.
Çingiz Abdullayev, əsasən, siyasi və psixoloji detektiv janrında olan əsərlərini rus və Azərbaycan dillərində yazır.
O, ümumilikdə, 194 adda kitabın müəllifidir. (oxu.az)