Mustafa Kamal Atatürkün canlı rəsmini çəkən dünya şöhrətli azərbaycanlı rəssam İbrahim Səfi

Mədəniyyət 19:05 23.06.2020

Rəngdən və işıkdan bir devdi  Səfi

Aramadı, rütbə, şan,  sənəti sevdi  Səfi

               Prof. Enver Tali Çetin

Yaratdığı əsərlərlə dünya rəssamlıq sənətinin bir parçasına çevrilmiş Türkiyə və Azərbaycan xalqının ortaq dəyəri, dünya şöhrətli rəssam İbrahim Səfi kimdir?

Səfiyev Rəhman Qafar bəy oğlu(sonradan İbrahim Səfi kimi tanınmışdır) 1898-ci ildə Şərur-Dərələyəz qəzasının Cəlilkənd kəndində anadan olmuşdur. Tarixçi alim Əli Əliyevin verdiyi məlumatlara görə soy-kökü Səfəvilər nəslinə söykənir.  Rəhman Səfiyevin mənsub olduğu Səfiyevlər nəsli Azərbaycan xalqına Tağı bəy Səfiyev, Abo Fətəli bəy Düdənginski Səfiyev kimi nəhəng simalar bəxş etmişdir.

Qafar bəy Səfiyevin 6 övladı o cümlədən Bədirnisə, Şiəmən, Mina, Xırdaxanım adlı dörd qızı Kərim və Rəhman adlı iki oğlu olmuşdur. İbrahim Səfinin ailə məlumatlarını  dəqiqləşdirilməsinə rəssamın yeganə qardaşı Kərim bəy Səfiyevin nəvəsi dosent  Elşad Səfiyev işıq salır. Həmçinin Elşad Səfiyev bir neçə il bundan əvvəl  İbrahim Səfinin məzarını taparaq  Azərbaycandan ilk ziyarət edən şəxs olmuşdur.

Səfiyev Rəhman Qafar bəy oğlu Cəlilkənd orta məktəbini, İrəvan Müəllimlər Seminariyasını bititrdikdən sonra 1917-ci ildə Rusiya Ali Rəssamlıq Məktəbini qəbul olmuş Rusiyada baş verən inqilab onun təhsilini yarımçıq qoyaraq   vətənə geri  qayıtmasına səbəb olmuşdur. 1918-ci ildə Azərbaycanın bütün coğrafiyasında o cümlədən Naxçıvanda başlayan erməni-müsəlman qırğınları ilə əlaqədar Rəhman Səfiyev Qafqaz İslam Ordusu sıralarında Azərbaycan torpaqlarının ermənilərdən azad olunmasında iştirak etmişdir.  Sonradan Qafqaz İslam Ordusu ilə birlikdə Türkiyəyə qayıdan Rəhman Səfiyev 1919-1920-ci il tarixlərində zabit kimi Türkiyədə Qurtuluş savaşında iştirak edib. 1923-cü ildə  İstanbul İncəsənət Akademiyasından məzun olmuşdur.

MUSTAFA KAMAL ATATÜRKÜN NATURADAN ŞƏKİLİNİ ÇƏKƏN RƏSSAM KİMİ MƏDƏNİYYƏT TARİXİNƏ DÜŞÜR.

Yaxın dostu Türkiyənin məhşur rəssamı və kolleksiyoneri  Naci Tərzi İbrahim Səfinin Türk dünyasının böyük lideri Qazi Mustafa Kamal Atatürkün naturadan rəsmini çəkdiyini bildirir. Lakin təəsüf ki, əsərin çəkilməsinin digər təffərüatları barədə geniş məlumatlar məlum deyil.

RƏHMAN BƏY SƏFİYEV- İBRAHİM SƏFİ OLUR.

Türkiyədə 1934-cü ildə Soyad haqqında qanun qəbul edilddikdən sonra Rəhman Səfiyev adını dəyişmək məcburiyyətində qalır. Qəbul edilmiş qanuna əsasən “ağa”, “hacı”, “hafız”, “hoca”, “efendi”, “bey”, “beyefendi”, “hanımefendi”,”paşa”, “hazret” təxəllüslərinin qəbul edilməsi  həmçinin ov, yev və digər soyad sonluqları qadağan edilmişdir. Beləliklə Rəhman Səfiyev bu qanundan sonra Türkiyədə artıq İbrahim Səfi ad soyadı ilə yaşamağa başladı.

İlk yaradıcılığı dönəmində Türkiyənin məşhur rəssamı Namik İsmayılın emalatxanasında «Misafir Talebe» olaraq çalışmışdır. Müharibənin ağrı-acısını görmüş rəssam sonralar 1938-ci ildə çəkdiyi “Müharibənin nəticəsi” tablosunda yaşadıqlarını, gördüklərini insanların simasında əks etdirmişdir.

1953-cü ildə 55 yaşındaykən Zaharina adlı yunan qadınla evlənib. Yaxın dostu Türkiyənin məhşur rəssamı Naci Tərzi dostu İbrahim Səfinin dul yunan qadınla evlənməsinin səbəbini rəssamın maddi durumunun yaxşı olmaması ilə əlaqələndirmişdir.

İbrahim Səfinin yaxın qohumu hərbi jurnalist, ictimai xadim mərhum Leyla  Vəkilli (bu sətirlərin müəllifinə 2011-ci ildə Bakıda qonaq olarkən söyləmişdir) İbrahim əmi  dediyi məhşur rəssamın yunan Zaharina ilə evlənməsini rəssamın yaxın ətrafı və o cümlədən atası Həsənalısultan Vəkillinin  müsbət qarşılamadığını lakin bu qərara hörmət etmək məcburiyyətində olduğunu bildirmişdir.

Uğursuz bir yunan qadınla evlənmək məhşur rəssama sonralar zəngin irsinin çox hissəsinin dağılmasına səbəb olmuşdur.  Dünya şöhrətli rəssamla yaşayan Zaharina Türkiyəyə bağlayan müqəddəs bir şeyin olmadığı üçün o rəssamın ölümündən sonra öz vətəni  Yunanıstana qayıtmışdır. Zaharina   Afinaya   birinci ailəsindən olan övladlarıının yanına köçərkən  həyat yoldaşının ən dəyərli tablolarını da özü ilə aparır. Sonralar Zaharina xanım maddi ehtiyac üzündən İbrahim Səfinin ən dəyərli tablolarını satmışdır. Bu tabloların bəziləri rəssamın yaradıcılığına böyük mənəvi dəyər verən professor, kolleksiyaçı Ənvər Tali Çətin tərəfindən bir neçə tablonun qarşılığında geri qaytarmışdır.  Digər əsərlərinin taleyi isə nəməlum qalır.

Professor Ənvər Tali Çətin

İbrahim Səfi haqqında yazarkən professor Ənvər Tali Çətindən söz açmamaq mümkün deyil. Peşəcə həkim olan  professor Ə.Tali Çətin  uzun illər dostluq etdiyi İbrahim Səfi haqqında ayrıca   kitab nəşr elətdirmişdir. 1990-cı ildə nəşr edilən İbrahim Safi adlı kitab, 281 səhifədən ibarət olmaqla həmin ildə  Atatürk Kültür Mərkəzində açılan İbrahim Safi sərgisinin dəyərləndirən bir yazı ilə başlayır. Müəllifin “İ.Səfinin həyatı və sənəti” adlı yazı ilə davam edir. Bundan başqa kitabda Ali Rza Jadidinin “İbrahim Səfinin sənəti”   başlıqlı  yazısı və Haluk E.Atamın yazdığı “Safiden Deyişiler, Anılar” başlıqlı bir başqa sonra isə  Ə.Talinin qələmə aldığı “İbrahim Səfinin kimliyi” adlı bölmə ilə davam edir. Feriha Büyüknalın Ə.Tali ilə “İbrahim Safi Kolleksiyonu və İbrahim Safi sərgisi” mövzusunda dialoqu da kitaba xüsusi rəng qatmışdır. Həmçinin kitabda Sezer Tansuğ, Tekin Erer, Moşe Grosman, Selim İleri kimi sənətşünasların İbrahim səfi haqqında  fikirləri yer almaqdadır.

Dünya şöhrətli rəssam  Almaniya, İtaliya, Avstriya, Yunanıstan və İsveçrədə açdığı rəsmi sərgiləri ilə dünya rəssamlıq sənətinə öz tövhələrini vermişdir. İbrahim Səfi əsərlərini müxtəlif janrlarda və fərqli mövzularda yaratmışdır. Portret, mənzərə, natürmort,  süjetli tablo və.s. Tədqiqatçılar onun əsərlərindəki rəng və bədii ifadə gücünə görə onu “Neo-Rembrandt” axınının həmçinin Türkiyədə rus realizminin nümayəndəsi hesab edilməklə impressionizm ənənələrinə güclü meyllər olduğu söylənilməkdədir.

Məhşur rəssamın Türkiyədə 100 fərdi rəsm sərgisi keçirilmişdir. Sonuncu yüzüncü fərdi sərgisi 4 yanvar 1983-cü il tarixində İstanbulda Oda Kule İş Mərkəzinin sənət salonunda keçirildikdən sonra axşam saatlarında İbrahim Səfi  vəfat etmişdir.

İbrahim Səfini Azərbaycan oxucusuna tanıdan onun barəsində ilk məqaləni yazan görkəmli alimlərimiz Abbas Zamanov və Mürsəl Nəcəfov olmuşdur. Bundan başqa ayrı-ayrı vaxtlarda Ramiz Abutalıbov, Əzizə Cəfərzadə, Ülkər Veysəli, Elşad Əlili, Ziyadxan Əliyev, Fizzə Quliyeva, Mais Əliyev dünya şöhrətli rəssama həsr edilən  məqalələr yazmışlar. Naxçıvan Rəssamlar Birliyinin rəhbəri Ülviyyə Həmzəyeva isə “İbrahim Səfinin yaradıcılığının özünəməxsus xüsusiyyətləri mövzusunda” diserrtasiya mövzusu işləməkdədir. Həmçinin Ü.Həmzəyeva İstanbulda İbrahim Səfinin mənzilinin aşkar etmiş və mənzilin ev muzeyinə çevrilməsi ilə bağlı təklif irəli sürmüşdür.

Səməd Vəkilov

Hüquqşünas

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
18:35 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - FOTOLAR
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Hamısı