Röya ikinci dəfə “Altın Kelebek” aldı - VİDEO | Eurasia Diary - ednews.net

9 Avqust,


Röya ikinci dəfə “Altın Kelebek” aldı - VİDEO

Mədəniyyət A- A A+

Bu gün 46-cı “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi yeni formatda baş tutub.

EDNews.net xəbər verir ki, Covid-19 səbəbilə təxirə salınan mükafatlandırma mərasimi yeni dövrə uyğun konsepti ilə tamaşaçı qarşısına çıxıb. Gecədə mükafat qazanan məşhurlar elan edildikdən sonra onlarla əlaqə saxlanılıb, çıxışları yayımlanıb.

Qeyd edək ki, Pantene Altın Kelebek Mükafatlarında artıq 3-cü dəfədir ki, Azərbaycan üçün xüsusi kateqoriya ayrılır. Bu il də 8 məşhur; Azad Şabanov, Elçin Cəfərov, Gülay Zeynallı, Nura Suri, Oksana Rəsulova, Pərvin Abiyeva, Röya Ayxan və Sevda Yəhyayeva “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə namizəd olublar.

Azərbaycanlı izləyicilərin verdiyi səslər nəticəsində “Altın Kelebek”in qalibi Xalq artisti Röya Ayxan seçilib. İkinci dəfə sözügedən mükafata layiq görülən ifaçı mükafatını hazırkı pandemiya səbəbilə itirdiyi sənətçi dostlarına həsr etdiyini bildirib. Xalq artisti xüsusi olaraq hazırladığı repertuarı ilə mükafatlandırmaya rəng qatıb.

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...