Finlandiyadakı diaspor təşkilatlarının fəaliyyəti və gələcək planları müzakirə olunub | Eurasia Diary - ednews.net

5 Avqust, Çərşənbə


Finlandiyadakı diaspor təşkilatlarının fəaliyyəti və gələcək planları müzakirə olunub

Mədəniyyət A- A A+
İyulun 10-da Finlandiyanın Espoo şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun toplantısı keçirilib.
 
Şəhərin Sello kitabxanasının konfrans zalında baş tutan tədbir Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi və Azərbaycan-Türk gənclər təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə gerçəkləşdirilib.
 
Diaspor üzvləri, iş adamları və fəal gənclərin qatıldıqları toplantıda pandemiyadan öncə və pandemiya dönəmində Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər və müxtəlif layihələrdən danışılıb, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının və Azərbaycan-Türk gənclər təşkilatının son ikiillik fəaliyyəti barədə hesabat verilib. Toplantı iştirakçıları postpandemiya dövründə gerçəkləşdirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
 
Tədbirin bədii hissəsində diaspor fəalı Könül Saedinin ifasında xalq mahnıları təqdim olunub.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...