Rauf & Faiq: "Babamızın qardaşı Bakıda opera teatrının direktoru idi" - FOTO

Mədəniyyət 19:23 05.08.2020

Rusiyada və MDB ölkələrində populyar olan Rauf & Faiq dueti, layihənin yaranması, məqsədləri və yaradıcılıq planları barədə Rusiyanın "Cosmopolitan" jurnalına məlumat verib.

"Biz əkiz qardaşlarıq (red. Mirzəyev Rauf Rafiq oğlu və Mirzəyev Faiq Rafiq oğlu), 7 iyul 1999-cu ildə İjevskdə azərbaycanlı ailəsində anadan olmuşuq, hər şey bundan başladı", Rauf & Faiq Cosmopolitan-a müsahibəsində deyib.

Uşaqların 4 yaşı olanda qonşu onlarda musiqi istedadının olduğunu görür və valideynlərinə tövsiyə edir ki, oğlanları İjevskdəki Musiqi Kollecinə aparsınlar. Ana və ata belə də edir - beləcə qardaşlar pianoda çalmağa başladılar və sonra vokal dərsləri aldılar: “Anlamaq lazımdır ki, yaradıcılığımız musiqi məktəbindəki dərslərin nəticəsi deyil. Biz belə doğulmuşuq, belə hiss edirik. Yeri gəlmişkən, ümumiyyətlə ailəmiz musiqiyə çox bağlıdır: babamızın qardaşı opera müğənnisi olub, Bakıda opera teatrının direktoru idi. Anamız da çox istedadlı, musiqini yaxşı bilən bir insandır. Fortepianoda və qanun adlanan maraqlı Azərbaycan musiqi alətində əla ifa edir".

Rauf & Faiq bütün ailənin onları dəstəklədiyini və inandığını deyir. "Üstəlik əmimiz, ailənin maddi durumunun yaxşı olmadığına baxmayaraq, 2014-cü ildə bizə 100.000 rubla noutbuk aldı (o zaman bu çox böyük pul idi) ki, musiqi ilə məşğul ola bilək. Demək olar ki, beş il bu noutbukda məşq etdik: musiqi tərtibatını öyrəndik və bu işi təkmilləşdirdik. Nəticədə "Mən səni sevirəm" adlı ilk albom bu kompüterdə hazırlandı. Studiyanın çılpaq divarları arasında 700 rubl dəyərində iki dinamikadan başqa dostumuzun bizə verdiyi mikrofon və noutbuk və mikrofon arasında ötürücü olan kafedə qazandığımız pulla aldığımız səs kartı vardı".

Rauf & Faiq yaradıcılıq karyeralarını Udmurtiyanın ən güclü təhsil ocağı olan musiqi kollecindən başlayıb: “6 yaşında musiqi məktəbinin birinci sinfinə daxil olanda artıq üçüncü sinif tədris proqramının mürəkkəb əsərlərini ifa edə bilirdik. İmtahandan uğurla keçdik, lakin hər ikimiz üçün yer yox idi: sonda birlikdə P.İ. Çaykovski N2 adına Uşaq İncəsənət məktəbinə getməyə və fortepiano şöbəsinə daxil olmağa qərar verdik.

Məşhur qardaşlar xatırlayırlar ki, ümumtəhsil məktəbinin ikinci sinifində müəllim onların vokal qabiliyyətlərini görmüş və sonra məktəb tədbirlərində çıxış etməyə başlayıblar: “Onlardan birində Uşaq İncəsənət Evinin müəllimi Olqa Nikolayevna Naqovitsına da olub. O bizi dinləmək üçün öz vokal studiyasına dəvət etdi. Bir neçə il orada oxuduq, bir çox vokal müsabiqələrində qalib gəldik və eyni zamanda musiqi məktəbində fortepiano şöbəsində, sonra isə vokal şöbəsində oxuduq, özümüzü tamamilə musiqiyə həsr etdik. Altıncı sinifdən sonra "Göy qurşağından yuxarı" estrada studiyasına keçdik, onlarla birlikdə Sankt-Peterburq, Estoniya, Finlandiya, İsveç və İtaliyanı gəzdik. 2015-ci ildə musiqi məktəbini fərqlənmə diplomu ilə bitirdik".

"Biz 90-cı və 2000-ci illərin musiqisi ilə böyümüşük: R&B, pop, soul. Bizə Sem Smit və Maykl Cekson, Ed Şeran, Brayn Maknayt, İvan Dorn kimi sənətkarların yaradıcılığı təsir edib və XXXTentakionun yaradıcılığı da bizim üçün dəyərlidir”, Rauf & Faik Cosmopolitan-ın hansı sənətçilərin onların musiqilərinə təsir etdiyi sualına cavabında deyib.

"Bizim üçün ən əsası olduğumuz kimi qalmaqdır. İstəyirik ki, yaradıcılığımız insanlara təsir edə bilsin. Ancaq hamıya istədiyini yeritmək də doğru deyil.  Bəzən özünüz də daxil olmaqla heç kimə zərər verməmək üçün yavaşlamalı və səbr göstərməlisiniz - Rauf və Faiq vurğulayıb. - Ümumiyyətlə, qabağa qaçan adam ən ağıllı olan deyil. Heç kimi incitməmək üçün manevr etməyi bacarmalısan, bəzən yavaşlamalısan. Bu dünyada biz tək deyilik. Bəzən hər hansı bir vəziyyətdə və ya insana münasibətdə geriyə durmağı bacarmalısan ki, heç kim ziyan görməsin. Ümumiyyətlə, həyatdakı devizimiz -  I swear to God, I’m moving on (Yoluma davam edəcəyimə and içirəm) Ümumiyyətlə, uşaqlıqda tez-tez belə bir şey eşidirdik: “Həqiqətən də bunun sizdə alınacağını düşünürsünüz? Bu ki, gülməlidir!" Ancaq bu bizi əsla dayandırmadı. Bir xəyalımız vardı və hələ də var, onu həyata keçirməyə davam edirik".

Duet üzvləri deyirlər ki, onları ilk dəfə onları “Birincinin Musiqisi” kanalının direktoru 2015-ci ilin sonunda gördü: “O hardansa nömrəmizi tapıb zəng etdi və Yeni il - Snow Party tədbirində çıxış etməyi təklif etdi. Kimsə bizə qiymət vermişdi və "Sözlərə ehtiyacım yoxdur" mahnısı çıxandan sonra birinci "May günü"nə dəvət olunduq. Sonra 11-ci sinifdə musiqi məktəbini bitirdik və müvəqqəti olaraq mahnı yazdıqmağa fasilə verdik.  

Rauf və Faiq deyirlər ki, boş vaxtlarında pərəstişkarlarının şəxsi mesajlarına cavab verirlər və idealındakı qız barədə danışarkən Faiq Mirzəyev bunları dedi: “O fərqli olmalıdır. Yanımda olanda - təvazökar, şən, xarizmatik, amma əsas odur ki, digər insanların qarşısında belə olmasın. İstəyirəm ki, şəxsi münasibətlərimiz elə şəxsi olaraq qalsın". Öz növbəsində, Rauf Mirzəyev idealından danışarkən qeyd edir ki, onun fikrincə xarici görünüş baxımından idealı yoxdur: "İnsan daxilən nə qədər gözəldirsə, onu bir o qədər çox sevib hörmət edərəm."

"Pərəstişkarlardan aldığımız ən qeyri-adi hədiyyələr dinə aid hədiyyələrdir", deyən Rauf & Faik, bu birliyin əsas sirrinin qardaşlıq bağı olduğunu vurğulayaraq gələcək planlarını gizli saxlamaq istədiklərini bildirdi: "Ümid edirik ki, dinləyicilərimizi təəccübləndirə və pley-listlərində qala biləcəyik".


Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı