Xalq şairi Fikrət Qocanın 85 yaşı tamam olur

Mədəniyyət 21:19 25.08.2020

Ömrü maraqlı keçən insanların özləri də maraqlı olurlar. Onlarla ünsiyyətdə olmaq, söhbətlərini dinləmək adama başqa bir ləzzət verir...

Xalq şairi Fikrət Qocayla ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində, qızı Günay xanımın evində tanış olmuşuq. Taleh elə gətirib ki, iki il ardarda, avqust ayında onunla İndianada bir neçə gün birlikdə istirahət etmişik...

Zəngin dünyagörüşlü, ağsaqqal təfəkkürlü, müdrik insandır. Danışmağı xoşlamasa da, onunla dil tapıb, xeyli söhbət edə bildim. Birlikdə keçirdiyimiz günlər elə yaddaqalan olub ki, bu gün də o günlərin xatırlayanda mənəvi zövq alıram...

Dünyanın bir çox ölkəsinə yaradıcılıq səfərlərinə getmiş Xalq şairi Fikrət Qocanın da həyatında maraqlı hadisələr az olmayıb. Bəlkə də bütün bunlardan çoxları xəbərsizdir. Odur ki, bir neçəsini sizinlə bölüşmək istəyirəm...

Kubaya, Karib dənizindəki adalardan birindəki Varadero kurort şəhəhərinə yaradıcılıq səfərinə yollanan SSRİ Yazıçılar İttifaqının məsul vəzifəli şəxslərinin arasında o da var idi. Hava isti olduğundan qərara gəlirlər ki, Karib dənizində çimib sərinlənsinlər. “Novıy mir” jurnalının baş redaktoru, Sosialist Əməyi Qəhrəmanı Serqey Naravçatov və Altay vilayətindən, şair Erikmen Palkin də onunla birlikdə çimməyə gəlirlər. Fikrət Qoca Karib dənizinə tullanmağı ilə nəhəng bir akulanın ona tərəf üzdüyünüi görür və cəld sahilə çıxır. Üstündən bir az keçəndən sonara Fikrət Qoca yenidən dənizə girmək istəyəndə Naravçatov ona yalvararaq deyir- "Fikrət, Allah xatirinə girmə. Geri dönəndə mən söz tapıb izah edə bilməyəcəm. Axı mən necə deyəcəm ki, Fikrəti akula yedi?"..

Sakit okeanın cənub-qərbində yerləşən Qvineya dövlətində yaradıcılıq ezamiyyətində olan dəstəni adamyeyənlərin- vəhşi qəbilənin yaşadığı əraziyə ekskrusiyaya aparırlar. O dövrün məşhur “KVN”çilərindən, Lunderin də olduğu həmin dəstənin tərkibində Fikrət Qoca da var idi. Dəstəyə yerli bir gənc bələdçilik edirmiş. Ölkə rəhbəri vəhşi qəbilələrə adam əti yeməyi qadağan etsə də, getməmişdən öncə hər ehtimala qarşı onlara möhkəm tapşırmışdılar ki, hava işıqlı ikən geri qayıtsınlar. Dəstə vəhşi qəbiləyə yaxınlaşanda bələdçi sağ tərəfində qadınlar, sol tərəfində isə yarıçılpaq kişilər dayanmış qəbilə başçısıyla öz dilində nəsə danışıb, gələnləri qəbilə rəhbərinin yanında əyləşməyə dəvət edir.

Qadınlardan biri ocağın üstündəki dəmir lövhədə nəsə qovurub qəbilə rəhbərinə verir, o da ovuc-ovuc ağzına atıb ləzzətlə təam edirdi. Qonaqlar ona yaxınlaşanda görürlər ki, başçının yediyi iri meşə qarışqalarıdır. Lunderin ağbəniz, dolu bədənli olduğunu əsas gətirən Fikrət Qoca ona- "Mən qorxmuram, arıq- çəlimsiz adamam. Yəqin ki, könüllərinə adam əti düşsə səni tutub yeyəcəklər"- deyərək zarafat edir. Lunderin qorxudan rəng verib-rəng aldığını görən şair bayaqdan qəbilə başçısıyla danışan bələdçini göstərib tərcüməçiyə dillənir:- Bələdçidən soruş gör, o, nə deyir?

Bələdçiylə danışan tərcüməçi üzünü dəstəyə tərəf tutub söyləyir:- "Başçı deyir ki, adam əti qadağan olunandan ağzımızın dadı da itib. Kaş dünən gələydiniz, yaxşı meymun ətimiz var idi"...

Bəli, Fikrət Qoca maraqlı taleh yaşadığı kimi, Azərbayacan ədəbiyyatında, eləcə də mədəniyyətində silinməz izlər buraxan şairlərdəndir. Onun əsərləri kimi, sözlərinə bəstələnən mahnılar da maraqlıdır və heç zaman unudulmayacaqdır...

Bugün Xalq şairinin 85 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram.

Yeni yaşınız mübarək, Fikrət Qoca!

Elman Eldaroğlu

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı