Gənc jurnalist və yazar, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Leyla Şahın (Əsədullayevanın) “Azərbaycan xarici səfirlərin gözü ilə” adlı kitabı çap olunub.
Modern.az-ın məlumatına görə, kitab Azərbaycandakı xarici səfirlər və diplomatlarla bağlıdır. Kitabda Fransa, Cənubi Koreya, Misir, Argentina, Hindistan, Pakistan, Xorvatiya, digər Avropa və dünya ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirlərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin müsahibələri yer alır.
Kitabdakı müsahibələr həm Azərbaycan, həm də ingilis dillərində yayımlanıb.
Kitabın Azərbaycan dilindəki hissəsinin redaktoru tənqidçi Əsəd Cahangir, ingilis dilindəki hissəsinin redaktoru isə Maral Əsədullayevadır. Qeyd edək ki, “Azərbaycan xarici səfirlərin gözü ilə” adlı nəşr müəllifin ilk kitabıdır.
Leyla Şah Modern.az saytı ilə əməkdaşlıq edir...