48-ci Beynəlxalq "Emmi" mükafatının qalibləri açıqlanıb | Eurasia Diary - ednews.net

18 Yanvar, Bazar ertəsi


48-ci Beynəlxalq "Emmi" mükafatının qalibləri açıqlanıb

Mədəniyyət A- A A+

Nyu-Yorkda 48-ci Beynəlxalq “Emmi” mükafatının onlayn təqdimetmə mərasimi keçirilib.

"Eurasia Diary"nin verdiyi xəbərə görə, “Ən yaxşı aktrisa” nominasiyasında Qlenda Cekson fərqlənib.

O, "Elizabeth is missing" filmində 80 yaşlı qadını canlandırır. 

“Ən yaxşı aktyor” nominasiyasında isə "Responsible Child" adlı mini-serialdakı roluna görə Billi Barrat seçilib.

Netflix layihələri iki kateqoriyada qalib olublar: “Ən yaxşı dramatik serial” (Hindistan istehsalı “Delhi Crime") və “Ən yaxşı komediya” (Braziliya istehsalı “Nobody’s Looking”) nominasiyalarında. 

Suriyadakı müharibədən bəhs edən Britaniya filmi “For Sama”  “Ən yaxşı sənədli film” kimi seçilib.

Nyu-York qubernatoru Endryu Kuomo isə pandemiya zamanı verilişlərinə görə “Dünya televiziya sahəsinin keyfiyyətinin qaldırılmasına xidmət edən yaradıcı nailiyyətləri” sayəsində qazanıb. 

Ümumilikdə 11 kateqoriya üzrə 20 ölkədən 44 nominant olub. 

Qeyd edək ki, “Emmi” mükafatı hər il televiziya sahəsindəki uğurlara görə verilir. 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...