“Biz qərarlaşdıq ki, ICESCO-nun Azərbaycanda regional mərkəzini açaq. Bu məsələyə cənab Prezident tərəfindən də böyük diqqət göstərilib”.
Eurasia Diary Report -a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, bu il ərzində Azərbaycanda ICESCO-nun regional mərkəzi açılacaq.