“Yeralaş” kinojurnalının bədii rəhbəri koronavirusdan vəfat edib | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


“Yeralaş” kinojurnalının bədii rəhbəri koronavirusdan vəfat edib

Mədəniyyət A- A A+

“Yeralaş” satirik kinojurnalının bədii rəhbəri Boris Qraçovski koronavirusdan vəfat edib.

Eurasia Diary RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Yəhudi İcmaları Federasiyası İctimai Şurasının rəhbəri Borux Qorin bildirib. 

Boris Qraçovski ötən ilin dekabr ayının sonunda ağır vəziyyətdə Moskvanın 52 saylı xəstəxanasına yerləşdirilmişdi. 

Qeyd edək ki, Qraçovski, həmçinin, rejissor, ssenari müəllifi kimi də məşhur idi. O, "Çardaq", "Notlar arasında, yaxud Tantrik simfoniyası" filmlərinin, eyni zamanda "Sosial Reklam" layihəsinin müəllifidir. Bununla yanaşı, Qraçovski bir neçə sənədli filmi ekranlaşdırıb.

 
 

 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...