Portuqaliyada Xocalı soyqırımı haqqında film çəkilib - VİDEO | Eurasia Diary - ednews.net

20 Aprel, Çərşənbə axşamı


Portuqaliyada Xocalı soyqırımı haqqında film çəkilib - VİDEO

Mədəniyyət A- A A+

Portuqaliyada Xocalı soyqırımı haqqında film çəkilib. 

Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, “Original features” kino şirkəti tərəfindən çəkilən “Story of Khojali” filmində Xocalı soyqırımının dəhşətləri monoloq kimi təqdim olunur. 

Filmin ssenari müəllifi və quruluşçu rejissoru həmyerlimiz Nadir Maçanovdur. Ekran əsərinin prodüseri portuqaliyalı rejissor, prodüser Andre Badalo, bəstəkarı Emil Həşimovdur. Filmin musiqisində etnosəslərdən və milli musiqi aləti olan tardan istifadə olunub. 

Filmin əsas rollarını aktrisalar Aygün Fətullayeva və Nətavan Abbaslı canlandırıblar. 

Qeyd edək ki, “Story of Khojali” filmi Nadir Maçanovla Andre Badalonun ilk işi deyil. Onlar “Bakı, mən səni sevirəm” kinolayihəsində də bir yerdə çalışıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...