Özəl kolleksiyaçılar və "FR collection" markasının yaradıcıları Ruslan Hüseynov və Fuad Cəbrayılov qədim Azərbaycan toxuculuğu, aksesuarlar, şlyapalar, baş geyimləri, kəmərlər, zinət əşyaları, ayaqqabılar, qablar və xalçalardan ibarət kolleksiyanı təqdim ediblər.
Onlar minlərlə antik eksponat kolleksiyasına malikdirlər. Həm doğma ölkələrində, həm də xaricdə sərgilər keçirirlər. Kolleksionerlərin dediklərinə görə, on beş ildən çoxdur ki, kolleksiyadakı eksponatların əksəriyyətini dünyanın dörd bir yanından - İran, Gürcüstan, İtaliya, Rusiya, Qırğızıstan, Özbəkistan, Türkiyə, Almaniya, Fransa, İngiltərədan olan özəl kolleksionerlərdən satın alıblar. Qeyd etmək lazımdır ki, Ruslan Hüseynov və Fuad Cəbrayılov antik əşyalar toplamaqla yanaşı, özləri geyimlər də tikir.
Daha ətraflı videoda:
Cəmilə Çebotareva