Eurasia Diary violonçel ifaçısı, Azərbaycanın əməkdar artisti - Aleksey Miltıxlə video müsahibəni təqdim edir.
"Pandemiya dövründə konsertlər, qastrollar üçün çox darıxırıq. Heç bir onlayn konsert canlı konsertin bəxş etdiyi emosiyaları çatdıra bilməz", A.Miltıx söyləyir:
"Mən 2003-cü ildən Azərbaycan Dövlət Akademik Filarmoniyasının simli alətlər kvartetində işləmişəm. Daha sonra 16 il müddətində Qara Qarayev adına Simfonik orkestrdə çalışmışam. Filarmoniyada 20 ildən çox stajım var.
Musiqiyə 6 yaşında gəlmişəm. Valideynlərim məni Bülbül adına musiqi məktəbinə gətirdi. Anam fortepianoda ifa edə bilirdi. Onlar əvvəlcə mənim də fortepiano sinfinə daxil olmağımı istədilər. Məktəbin direktoru bu sinifə düşməyin çətin olduğunu dedi və fiziki göstəricilərim də icazə verdiyi üçün özünün də ifaçısı olduğu violonçel aləti üzrə oxumağımı məsələhət gördü. İlk günlər çox həvəsli idim. Bir həftə sonra artıq anlayanda ki, hər gün saatlarla məşq etməliyəm işin çətinliyinin fərqinə vardım. İndi isə həyatımı violonçelsiz təsəvvür edə bilmirəm".
Daha ətraflı videoda:
Cəmilə Çebotareva