Bakıda Arts Council Azerbaijan QHT-nin təşkilatçılığı ilə "Nizami Gəncəvi ili" çərçivəsində keçirilən Art Fest Nizami sənət festivalı başlayıb.
Festival bir neçə atelyedən ibarətdir. Birincidə, fotoqraflar Nizami Gəncəvinin "Yeddi Gözəl" poemasının qəhrəmanlarına baxışlarını nümayiş etdiriblər. Layihədə Lalə Hüseynova, Aleksandr Karyagin, Mirsadıx Hüseynov, Fərhad Ələkpərli, Simon Peter, Emin Quliyev və Mədinə Dorojkina kimi məşhur fotoqraflar iştirak ediblər.
Festivalın ideya müəllifi və rəhbəri rəssam Dadaş Məmmədovdur.
Layihənin kuratoru kostyum dizayneri Sona Quliyevadır, modellərdən biri Səbinə Zülalovadır. Bu tədbirin məqsədi yaradıcı insanları birgə layihələr üzərində işləməyə cəlb etmək, gənc nəslə şairin yaradıcılığı haqqında məlumat ötürməkdir.
"Yeddi Gözəl" sərgisinin açılışı martın 15-də Baku Book Center-də baş tutacaq. Festival ilin sonuna qədər davam edəcək.
Daha ətraflı video materialda:
Cəmilə Çebotareva