Kinomuzun Qazan xanı: İran şahının arvadı onu görüb özündən getdi SSRİ Xalq artisti ola-ola küçədə kitab satırdı

Mədəniyyət 22:37 01.04.2021

Aktyor Həşim Qadoyev haqqında maraqlı faktları təqdim edirik.

Həşim Qadoyev 10 may 1937-ci ildə Tacikistanın Qulyab şəhərində anadan olub. Aktyorluq fakültəsini bitirib və rejissorluq kurslarında təhsil alıb. 1961-ci ildən Tacikistan Akademik Teatrının aktyor və rejissorudur. 1963-cü ildən filmlərdə çəkilir. Tacikistan və SSRİ xalq artistidir.

***

Aktyor karyerası boyunca Söhrab, Ferdinand, Hamlet, Xlestakov, İsmail Samani, Edip və s. rolları ifa edib.

 

Rejissor kimi isə bir çox tamaşaları, o cümlədən onlardan ən əsası olan “Edip”-i 100 dəfədən artıq səhnələşdirib. O, tacik və xarici rejissorların 50-dən artıq filmində çəkilib. Onun fəlsəfi düşüncələri “Çərxi qardun” həftəliyində 10 ildən artıq çap olunub. Həşim Qadoyev 11 kitabın – “Rozho”, “Asso”, “Tanho”, “Əndişaho”, “Mən!?”, “Kunc”, “Kometalar”, “Donbuz”, “Ku”, “Düşüncələr”, “Mənim Söhrabım”ın müəllifidir. Kitabları rekord sayda - 100 cilddən çox nəşr olunub.

***

Söhrab rolunu yaradarkən Həşim Qadoyev “rola daxil olmaq” üçün qədim ədəbiyyatı, memarlığı, heykəltəraşlığı, Firdovsi dövrünü, qədim sikkələri öyrənir, özündən geyimlər fikirləşir, idmanla məşğul olub əzələlərini artırır, əlini, qolunu bərkidir. Bu cəfakeşlik öz bəhrəsini verir – teatr tənqidçiləri tamaşa haqqında müsbət fikirlər səsləndirərək, aktyor oyununa yaxşı qiymət verirlər.

***

“Rüstəm və Söhrab” filmi bu günə qədər Sovet dövrünün ən yaxşı tacik filmi hesab olunur. Keçmiş İran şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı, Şahbanu Fərəh Pəhləvi tacik aktyor Həşim Qadoyevin və onun tərəf müqabilinin “Rüstəm və Zöhrab” tamaşasındakı oyunundan elə təsirlənir ki, ağlayaraq huşunu itirir.

 

Qadoyev 1973-cü ildə “Rüstəm və Söhrab” filmindəki Söhrab roluna görə Rudaki adına Tacikistan SSR Dövlət mükafatına layiq görülüb. 1979-cu ildə Tacikistanın Xalq artisti, 1987-ci ildə SSRİ Dövlət mükafatı laureatı və 1988-cu ildə SSRİ xalq artisti fəxri adlarını layiq görülüb.

***

Həşim Qadoyevin çəkildiyi filmlər sırasında Azərbaycan rejissorlarının ekranlaşdırdığı 4 film yer alır. Tacik aktyor təkcə bizim “Dədə Qorqud” filminə çəkilməyib. O, 1982-ci ildə "Məlikməmmədin nağılı" adlı Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmiş “Əzablı yollarla” filmində Qarayel rolunu oynayıb. Rejisor Tofiq İsmayılovun bu filmi Amerika kinoprodüserlərinin seçib 1989-cu ildə ABŞ-da nümayiş etdirdikləri 17 ən yaxşı sovet kinolenti siyahısına daxil edilmişdi.

 

Amma onu azərbaycanlı tamaşaçıya sevdirən ən məşhur rolu Qazan xan olub. Deyilənə görə Azərbaycan filmlərinə çəkilərkən Qadoyevin cəsarətli olması və rejissorun hər tapşırığını yerinə yetirməsi yerli aktyorlar arasında narazılıqlara səbəb olub. Hətta həmin aktyorlar xarici aktyoru filmə çəkdikləri üçün Tofiq Tağızadəyə, Tofiq İsmayılova və Ənvər Əbluca irad tuturlar.

***

Lakin, Azərbaycanlı tamaşaçılar onun filmlərədki rollarından o qədər təsirlənirlər ki, minnətdarlıq əlaməti olaraq Bakı yaxınlığındakı bulağa Həşim Qadoyev adını verirlər.

 

Olduqca məshuldar və zəhmətkeş olan aktyor müsahibələrinin birində deyir: “Sənətdə Qaqarin idim. İnsanlar üçün kiçik bir günəş olmağı xəyal edirdim. Nə sağlamlığımı, nə ayaqlarımı, nə də əllərimi əsirgəmədən özümü yandırdım. Həm teatrda, həm də filmlərdə çox çalışdım. Film çəkilişi zamanı barmaqlarımı qılıncla qırdılar, “Rüstəm və Söhrab” filmində isə qaşımı ox ilə vurdular, sonra tikdilər və barmaqlarımı gipsə qoydular. Bu günə qədər heç bir lüksüm yoxdur. Avtomobilim, hətta adi velosipedim də yoxdur.”

***

Səksən dörd yaşlı aktyor hal-hazırda Tacikstanın paytaxtı Düşənbə şəhərində yaşayır. Bir müddət əvvəl o, kasıblıqdan əziyyət çəkdiyi üçün öz kitablarını satmağa başlayır. Onun küçələrdə kitab satması barədə xəbərləri ictimaiyyət arasında böyük səs-küyə səbəb olur. Pərəstişkarları onunla görüş keçirərək maddi yardım göstərirlər.

Aktyor ahıl yaşında ona qarşı olan diqqətsizlikdən şikayət edərək deyir: “Bütün yetkin həyatımı teatr və kinoya həsr etdim. Tacik sənətinin şöhrəti üçün gecə-gündüz çalışdım. Hələ də daha çox işləmək üçün güc və enerjim var. Lakin dayandırıldım. Mənə dedilər ki, dincəlməyin vaxtı gəldi. Hətta İncəsənət İnstitutuna qədər yolumu da bağladılar, burada böyük təcrübəmi tələbələrlə bölüşürdüm. İndi, mən, SSRİ Xalq Artisti, Tacikistanın Xalq Artisti, Fəxri Elmlər Doktoru, Sənət professoru Kral Lir kimi bohem evimdən qovuldum. Bu gün - mən quruya düşmüş balıq kimiyəm. Bütün gücümlə suya çatmağa çalışıram - amma bacarmıram. Heç kim mənə kömək etmir. Hər il yalnız ad günüm ərəfəsində məni xatırlayırlar, tələsik təriflər yazır, rollarımı göstərir, nə qədər böyük sənətkar olduğumu söyləyirlər. Vəssalam".

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Hamısı