“Fəryad – 2” çəkilir - Bu Qarabağın son "Fəryad"ı olacaq | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


“Fəryad – 2” çəkilir - Bu Qarabağın son "Fəryad"ı olacaq

Mədəniyyət A- A A+

“30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi, artıq kinostudiyanın texniki bazası yenidən qurulub”.

Eurasia Diary-nin məlumatına görə, bunu “Mədəniyyət” qəzetinə müsahibəsində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

“Eyni vaxtda iki bədii, iki sənədli filmi çəkməyə imkan verən ən müasir avadanlıqlarımız var”, deyə o bildirib.

Yeni layihələrdən bəhs edən direktor Mirsadıq Ağazadənin “Eviniz abad” adlı bədii filminin çəkiliş materiallarından “Köşk” adlı 5 seriyadan ibarət mini-serial hazırlandığını deyib: “Film noyabr ayına qədər yekunlaşacaq. Artıq serial səsləndirmə mərhələsindədir. Daha bir layihəmiz Bakı Media Mərkəzi ilə birgə hazırladığımız “Biz” adlı sənədli filmdir. Bu filmin layihəsi 44 günlük Vətən müharibəsi dönəmində öz telefonlarında videoçəkilişləri ilə trendə düşmüş insanlardır. Layihənin çəkilişləri sona çatıb. Rejissoru Orman Əliyev olan sənədli film montaj prosesindədir və noyabr ayınadək təhvil verməyi düşünürük. Elçin Musaoğlunun “Məryəm” filmi də istehsaldadır. İlin sonuna qədər bu film də təhvil veriləcək. Bundan əlavə, rejissor Vaqif Mustafayevə “Fəryad – 2” filminin ssenarisini sifariş etmişik və həmin filmin də istehsalı ilə bağlı Mədəniyyət Nazirliyi ilə danışıqlar gedir”.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...