Zirə Cümə məscidi kompleksinin açılışında Azərbaycanın birinci xanımı iştirak edib

Mədəniyyət 19:25 22.06.2016
Bu gün Zirə Cümə məscidi kompleksi istifadəyə verilib.  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məsciddə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
 
Kompleksin axundu sakinlər adından Azərbaycanın birinci xanımını salamlayaraq Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Xəzər rayonunda böyük abadlıq və quruculuq işlərinin görüldüyünə görə təşəkkürünü bildirib. Qeyd edib ki, indi rayonda yeni məktəblər, xəstəxanalar, stadionlar qurulub.
 
Zirə Cümə məscidinin təmirdən sonra istifadəyə verilməsinin Qurani-Kərimin nazil olduğu Ramazan ayına təsadüf etdiyini deyən məscidin axundu ölkəmizdə dini-mənəvi dəyərlərin qorunub saxlanmasına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. İyirmi dörd ildir ki, bu məsciddə fəaliyyət göstərdiyini deyən dini ibadətgahın axundu bundan sonra da məscidin insanlara xidmət edəcəyini vurğulayıb, sakinlərin sevincinin həddi-hüdudu olmadığını söyləyib.
 
Müqəddəs Ramazan ayında yeni məscidin açılışı münasibətilə xalqımızı təbrik edən Mehriban Əliyeva son illər Azərbaycanda həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən yüzlərlə məscidin tikildiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti xüsusi qeyd edib ki, təkcə Xəzər rayonunda dörd məscid yenidən inşa olunub.
 
Xəzər rayonunun sakinləri onlara bəxş edilən sevincə görə minnətdarlıqlarını bildiriblər. Milli Məclisin deputatı Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə hər görüşünü məmnunluqla xatırlayıb, fəaliyyətində onların dəstəyini, məhəbbətini hiss etdiyini vurğulayıb. Mehriban Əliyeva qəsəbə sakinlərinə onun böyük hörmətini və təbriklərini çatdırmağı xahiş edib.
 
Heydər Əliyev Fondunun prezidentinə Qurani-Kərim hədiyyə olunub.
 
Zirə Cümə məscidi kompleksi paytaxtın ən qədim dini ibadətgahlarından biri olub. Uzun keçmişlər bu dini ocağın da həyatında öz izini qoyub. Tədricən yararsız vəziyyətə düşən məscidin ərazisində 2015-ci ilin əvvəllərindən başlanan tikinti işləri qısa vaxtda yeni məscid kompleksinin yaranması ilə nəticələndi. Yüksək keyfiyyətlə aparılan inşaat işləri sayəsində paytaxtın ən gözəl dini ibadətgahlarından biri yenidən öz qapılarını insanların üzünə açıb.
 
Qeyd edək ki, ümumi sahəsi 3 min 400 kvadratmetr olan məscid kompleksini hündürlüyü 30 metr olan 2 möhtəşəm minarə bəzəyir. Məsciddə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılıb. Burada eyni vaxtda 400 insan ibadət edə bilər. Bundan əlavə, ərazidə 250 nəfərlik mərasim zalı yaradılıb. Kompleksin əsas hissələrindən biri olan zalda dini mərasimlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınıb. Kompleksin ərazisində kişi və qadınlar üçün ayrıca dəstənamazxanalar yaradılıb. Texniki və yardımçı otaqlar da məscid kompleksinin əhəmiyyətini daha da artırır. Kompleksin ərazisində geniş yaşıllaşdırma işləri görülüb.

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Hamısı