Müğənni Aslan Hüseynov həlak olub.
Eurasia Diary xəbər verir ki, onun avtomobil qəzasında dünyasını dəyişdiyi bildirilir.
Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev deyib ki, hadisə Bakı-Qazax yolunun 60-cı km-də qeydə alınıb: "Belə ki, müğənni Aslan Hüseynova məxsus BMV markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib".