Xalq artisti Arif Quliyevin cənazəsi evinə gətirilib.
Eurasia Diary-nin məlumatına görə, mərhumun yaşadığı binanın həyətində Xalq artisti ilə vida mərasimi keçirilib.
Vida mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, koronavirusa yoluxan Arif Quliyev dünən müalicə olunduğu "Yeni klinika"da vəfat edib.