Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Bakı Metropoliteni” QSC-də bu il silsilə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu xüsusda sərgi formatlı ilk təqdimat dahi şairin həyat və yaradıcılığının ədəbi-bədii və təsviri sənət nümunələrində vəsfinə həsr olunub. “2021 – Nizami ili” adlanan sərgi “Nizami” stansiyasında açılıb. Bütün bunlar il boyunca Nizami Gəncəvi yaradıcılığını oxuculara, metropoliten istifadəçilərinə bir daha yaxından tanıtmaq məqsədi daşıyır.