Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli ilə vida mərasimi keçirilib.
Xalq artisti bu gün “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, dünən dünyasını dəyişən Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. O, bir müddətdir koronavirusa yoluxmuşdu. Daha sonra infarkt keçirən R.Əzizbəyli reanimasiya şöbəsinə yerləşdirilmişdi.
***
Xalq artisti Ramiz Əzizbəyli bu gün Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Eurasia Diary xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.