Məşhur aktyor Mayk Mitçell Türkiyədə vəfat edib | Eurasia Diary - ednews.net

23 Sentyabr, Cümə axşamı

Məşhur aktyor Mayk Mitçell Türkiyədə vəfat edib

Mədəniyyət A- A A+

Məşhur şotlandiyalı aktyor Mayk Mitçell Türkiyədə Muğlanın Fethiye rayonunda vəfat edib.

Eurasia Diary xəbər verir ki, bu barədə türkiyəli jurnalist-yazar Talat Artilla sosial şəbəkədə yazıb.
T .Atilla bildirib ki, “Türkiyənin dostu, “Gladiator” filminin aktyroru, “Körpə Aylan” filmindəki tərəfmüqabili M. Mitçell Fəthiyədə vəfat edib.

M. Mitçellin ürək tutmasından öldüyü ehtimal edilir. Belə ki, 65 yaşlı aktyorun bir yaxta limanında uzun müddət duş kabinəsindən çıxmadığını görən liman müdiri kabinəyə daxil olub və onu yerdə hərəkətsiz vəziyyətdə görüb. Hadisə yerinə gələn həkim heyəti onun həyatını itirdiyini bildirib.
Faktla bağlı araşdırma başlanıb.
Qeyd edək ki, “Cəsur Ürək” filmindən tanınan məşhur aktyor, Çanaqqala döyüşünün məlum olmayan hekayələrindən bəhs edən “Dəsmalım kəklikotu qoxusu verir”, eləcə də qanunsuz miqrantlar Suriyadan Yunanıstana köç edərkən Bodrumda qayığın batması nəticəsində ölən 3 yaşlı Aylanın faciəsindən bəhs edən sənədli filmdə də rol alıb. Aktyor Türkiyənin xoşməramlı mədəniyyət və sənət səfiri olub.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...