Leyla Əliyevanın kitabı fin dilində nəşr olundu - FOTOLAR - ednews.net

1 Dekabr, Çərşənbə

Leyla Əliyevanın kitabı fin dilində nəşr olundu - FOTOLAR

Mədəniyyət A- A A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Açıq pəncərə” şeirlər toplusu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandiyanın “Palladium kirjat” nəşriyyatında fin dilində nəşr  olunub.

EDNews.net xəbər verir ki, kitabın ön sözündə Leyla Əliyevanın bioqrafiyası və lirikası barədə oxuculara məlumat verilib, onun sosial və ictimai fəaliyyətindən geniş bəhs olunub. Kitab fin dilində 800 nüsxə çap olunub.

Qeyd edək ki, “Açıq pəncərə” kitabını fin dilinə Helsinkidə yaşayan məşhur tərcüməçi və yazıçı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Tahirə Cəfərova tərcümə edib.

Tahirə Cəfərova Finlandiya Yazıçılar İttifaqının, CEATL Avropa Tərcüməçilər Birliyinin və Fin-Pen klubunun üzvüdür. O, uzun illər Tampere Universitetində Ədəbiyyat və İncəsənət kafedrasında çalışıb. 20 ildən çoxdur ki, fin ədəbiyyatının tərcüməsi ilə məşğul olur. Bir neçə fin şairinin uşaq şeirlərini və həmçinin bir sıra pyesləri  Azərbaycan dilinə tərcümə edib.

Azərbaycan diasporunun fəal təmsilçisi Tahirə Cəfərova bu günədək Finlandiyada Azərbaycan ədəbiyyatını tanıtmaq üçün xeyli işlər görüb, bir sıra ədəbi nümunələri fin dilinə tərcümə edib.

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...