Daşkəndin mərkəzindəki “Ədiblər xiyabanı”nda “Özbəkkino” Milli Agentliyinin sifarişi ilə Özbəkistanın “First Art Media” şirkətinin özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadə haqqında çəkdiyi “Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı sənədli filmin təqdimatı keçirilib.
EDNews.net AZƏRTAC-a istinadən filmin təqdimatından hazırlanan video materialı təqdim edir: