“Məhəbbət əfsanəsi”nin canlı əfsanəsi Arif Məlikovun bu dünyaya gəlişindən 88 il keçir...

Mədəniyyət 17:49 13.09.2021

Bəstəkar Arif Məlikovun xatirələrindən 

"İndi heç qocalıqdan da qorxmuram. Əvvəldən necə yaşamışamsa, o cür də yaşayıram. Hər zaman başım dik olub. Heç kəsdən heç nə istəməmişəm. Elə böyük arzum da yoxdur...”

Arif Məlikov bu sözləri dünyasını dəyişməmişdən az öncə demişdi.

Arif Məlikov yaratdığı sənət nümunələri ilə sağlığında özünə heykəl qoymağı bacaran bəstəkardır.  Həqiqətən, hazırda Gəncədəki Filarmoniyanın qarşısında bir neçə il bundan əvvəl bəstəkarın sağlığında  heykəlini qoyublar.

Bəstəkar bunu eşidəndə demişdi: “Gəncədəki Filarmoniyanın qarşısında bir neçə il bundan qabaq heykəlimi qoyublar. Heç öz heykəlimi görməmişəm. Bir onu bilirəm ki, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və Niyazinin yanında mənim də heykəlim var. Sağlığında heykəl qoyulan nadir insanlardanam. Amma xasiyyətim elədir ki, ancaq öz işimlə məşğul olan adamam. Bu, əvvəldən belə olub. İndi elə zəmanədir ki, kimsə bir mahnı yazır və 5-6 il ondan danışılır. Amma mən belə şeyləri sevmirəm. Çox ciddi adam olduğumu hamı bilir. Qeyri-ciddi işlər mənlik deyil. İllərdir ki, bir missiyam var. Xalqım, dövlətim üçün bəstəkarlar yetişdirmək”.

Arif Məlikov: “Mən öz xalqımın oğluyam və azərbaycanlı olmağımla fəxr edirəm”

Təsadüfi deyil ki, bəstəkarın yaradıcılığı barədə söz düşəndə həmişə xüsusi vurğulayırlar ki, onun musiqisində vətəninin torpağının, suyunun, səmasının izi duyulur.

Bəstəkar, Milli Elmlər Akademiyasının müxbir üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri Arif Məlikov öz həyatının çox mühüm, bəlkə də ən əhəmiyyətli hissəsini Ulu öndər Heydər Əliyevin adı ilə bağlayır. Musiqini çox sevən və dərindən duyan ümummilli lider dəfələrlə onunla görüşüb, xeyli söhbət edib, vaxtaşırı ona zəng edib işlərinin vəziyyəti ilə maraqlanıb. 1995-ci ildə İncəsənət Muzeyində bəstəkarın müəllif konsertində ulu öndər onun yaradıcılığı haqqında çox xoş sözlər demişdi. Bütün bunlar Arif Məlikovu daha da ruhlandırır, doğma xalqının naminə yorulmadan işləməyə sövq edirdi. Arif Məlikovun təltifləri, fəxri adları, mükafatları, ordenləri, medalları, o cümlədən xarici dövlətlərin mükafatları çoxdur. Lakin o, müstəqil vətəninin ali ordenini – şəxsən Heydər Əliyevin təqdim etdiyi “İstiqlal” ordenini özü üçün ən böyük mükafat hesab edirdi.

Qısa arayış:

Bəstəkar və rəssam, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışıb.

Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluğu ilə seçilib. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edib.

Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı.

Görkəmli bəstəkar Arif Məlikovu bu gün bütün dünya tanıyır. Yaşanmış, nəsildən-nəslə ötürülərək əfsanəviləşdirilmiş böyük məhəbbətləri musiqi dili ilə danışan, beləliklə də, hələ sağlığında  özü əfsanəyə çevrilən azərbaycanlı bəstəkarı tanımamaq olarmı?

88 yaşlı bəstəkarın 59 yaşlı məşhur “Məhəbbət əfsanəsi” baleti dünyanın əksər ölkələrində uğurla səhnələşdirilib, Azərbaycan musiqisini yüksəkliklərə qaldırıb. Simfoniyaları neçə-neçə ölkənin opera səhnələrini lərzəyə gətirib.

O öz yaradıcılığı ilə müasir Azərbaycan musiqi mədəniyyətində parlaq səhifələr açıb. Ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin əsasını qoyduğu ənənələri davam və inkişaf etdirən, Qara Qarayevin yaradıcı prinsiplərindən, D.Şostakoviçin və dünya musiqisinin qabaqcıl nümayəndələrinin ən yaxşı keyfiyyətlərindən bəhrələnən Arif Məlikov fərdi yaradıcılq üslubunu yaradıb.

Onu da qeyd edək ki, Arif Məlikovun istedadı sadəcə musiqi ilə də məhdudlaşmayıb. Belə ki, uşaqlıqda musiqi ilə yanaşı, rəssamlığa da meyl göstərib. Hətta bir ara rəsm texnikumuna da daxil olmaq istəyib. Lakin musiqiyə olan sevgisi daha üstün olub.

Dillər əzbəri olan “Məhəbbət əfsanəsi" necə yaranıb?

1959-cu ildə Qara Qarayevin məsləhətilə Leninqrad Opera və Balet Teatrı A.Məlikova Nazim Hikmətin “Məhəbbət əfsanəsi” pyesinə balet yazmağı təklif edir. Beləcə, 26 yaşlı gənc bəstəkar N.Hikmətin pyesi əsasında baletmeyster Y.Qriqoroviç, rəssam Virsaladze və dirijor Niyazidən ibarət yaradıcı heyətlə birgə özünün şah əsərini yaradır.

Balet dünyanın 26 ölkəsində müvəffəqiyyətlə tamaşaya qoyulub.

1961-ci ildə S.M.Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D.Şostakoviç yazırdı:

"Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkişafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir".

 

Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olub.

Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədliliyinin, qüdrətinin rəmzinə çevrilib.

Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfonistdir. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirib.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində — Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Rumınya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.

Dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, A.Məlikov öz əsərlərilə vətənini təbliğ və tərənnüm edib. O, vətəninə olan sonsuz sevgisini yaradıcılığı boyu dünyanın bütün ölkələrindən keçirərək dinləyicilərdə doğma diyarı haqqında misilsiz təəssüratlar yaradıb.

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.

Arif Məlikov 1979-cu ildə professor adına layiq görülüb. 1982-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyib. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2012-ci ildən Xəzər universitetinin fəxri doktoru olub.

Bəstəkar Arif Məlikov 9 may 2019-cu ildə 85 yaşında vəfat edib.

Arif Məlikov ilə Bakı Musiqi Akademiyasında vida mərasimi təşkil olunub və I Fəxri Xiyabanda dəfn edilib.

 

Arif Məlikov təkrarsız  bəstəkar, dəyərli insan, əvəzolunmaz incəsənət adamı idi. İstedadlı olduğu qədər də böyük mədəniyyətə, cazibədar ünsiyyətə malik olan bəstəkar harda olmağından asılı olmayaraq, böyük məhəbbətlə, inanılmaz sevgi və gül-çiçəklə qarşılanardı. İnsanlar onu çox sevirdilər. Səviyyəsi, yüksək dünyagörüşü onu təkcə bəstəkar kimi deyil, insan kimi də hər yerdə birinci etmişdi.

SSRİ və Azərbaycanın Xalq artisti,  Üzeyir Hacıbəyli adına Bakı Musiqi  Akademiyasının professoru olan görkəmli bəstəkar, canlı klassik Arif Məlikov Dövlət mükafatı laureatı idi.

O, "Şöhrət", "İstiqlal" və Heydər Əliyev ordenlərinə layiq görülmüşdü. 

ALLAH rəhmət eləsin.

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI

Xəbər xətti

Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Dövlət ali təşkilatdır ailə isə... - Deputat Tahir Kərimli ilə MÜZAKİRƏ - VİDEO
17:38 17.04.2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
17:30 17.04.2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
17:20 17.04.2024
Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:08 17.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
17:05 17.04.2024
Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO
17:00 17.04.2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
16:52 17.04.2024
Fransalı politoloq Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarından DANIŞDI – ÖZƏL
16:29 17.04.2024
13 yaşlı qızla münasibətdə olan şəxsə HÖKM OXUNDU
16:22 17.04.2024
Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı
16:08 17.04.2024
Həbsdə olan jurnalist Cəmil Məmmədliyə hökm oxundu
15:40 17.04.2024
Hamısı