Xarkovda "Mütəfəkkirlər Meydanı"nın təntənəli açılışı olub. Meydan Ukrayna, Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərini simvollaşdırır.
“UNİAN”-ın məlumatına görə, “Mütəfəkkirlər meydanı”nın ortasında üç fəlsəfəçinin - Qriqori Skovoroda, Abay Kunanbayev və Mirzə Fətəli Axundovun abidəsi qoyulub.
Abidənin müəllifi Lyudmila Qurçenkonun abidəsini və “Xarkovun yeddi möcüzəsi” memarlıq kompozisiyasını yaradan, xarkovlu heykəltəraş Seyfəddin Qurbanovdur.