Rusiyanın məşhur aktyoru koronavirusdan vəfat edib - ednews.net

27 Noyabr, Şənbə

Rusiyanın məşhur aktyoru koronavirusdan vəfat edib

Mədəniyyət A- A A+

Rusiyanın Xalq artisti Valeri Qarkalin vəfat edib.

EDNews.net TASS-a istinadən xəbər verir ki, 67 yaşlı aktyor bu gün dünyasını dəyişib.  

Qeyd edək ki, koronavirusa yoluxan aktyor oktyabrın 2-də xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Valeri Borisoviç Qarkalin 11 aprel 1954-cü ildə anadan olub. 1989-cu ildən etibarən filmlərdə rol almağa başlayan aktyor daha çox "Şırlı-mırlı" filmi ilə tanınıb.

Mərhum aktyor həmçinin Vaqif Mustafayevin çəkdiyi "Yoxlama" filmində Rok Məmmədov rolunu ifa edib.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...