"İnanmıram ki, qələbəmizi əks etdirən dünyaca məşhur filmlər çəkmək qüdrətinə sahib olaq" - ednews.net

24 Yanvar, Bazar ertəsi

"İnanmıram ki, qələbəmizi əks etdirən dünyaca məşhur filmlər çəkmək qüdrətinə sahib olaq"

Mədəniyyət A- A A+

rtıq bir neçə aydır ki, kinoteatrlarımızın fəaliyyəti bərpa olunub. Demək olar ki, hər həftə yeni filmlərin təqdimatları baş tutur. Di gəl ki, zəfər tariximizn üzərindən bir il keçsə də, təqdim edilən filmlər yalnız komediya janrındadır. 30 illik tarixi qələbədən sonra kinoteatrlarımızda nə üçün ancaq komediya fimləri təqdim edilir? 


Mövzu ilə bağlı Modetaror.az-a danışan xalq artisti Rasim Balayev bunları dedi:

 

“Yerli kino bazarının nə vəziyyətdə olduğu hər kəsə bəllidir. Film kimi baxsaq, bu gün kinoteatrlarda nümayiş olunan həmin filmlər heç komediya da deyil. Komediya ciddi bir janrdır. Bu gün o komediya janrı da bərbad vəziyyətdədir. Tarixi filmlər çəkmək o qədər asan bir iş deyil. İndi yeni çəkilən həmin filmlər çox  ucuz başa gələn bir şeydir. 


Tarixə nəzər salanda qələbədən bəhs edən filmlərin müharibə bitəndən sonra çəkildiyinin şahidi oluruq. İndiki komediya fimləri 2 günə çəkilir. Ciddi filmlər 2 günə çəkilməz. Mən inanmıram ki, qələbəmizi əks etdirən dünyaca məşhur filmlər çəkmək qüdrətinə sahib olaq. Zəfərimizdən bəhs edən filmlərin çəkilişi bir az gec olacaq. Hələ o mövzuda heç bir tərpəniş yoxdur. Filmin senarisini yazmaq, hazırlıq görmək lazımdır, elə-belə deyil. Müharibədən bəhs edən film “partapart” səhnəsi çəkmək deyil. Müharibənin insanlara, bəşəriyyətə vurduğu cismani mənəvi zərərləri, ziyanları göstərmək, düşünmək, yaxşı əsərlər yazmaq lazımdır. Komediya fimləri isə ciddi filmlər deyil. Onları o qədər də diqqətə almayın”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...