Meyxanaya görə, yollara tankları düzdürdü - Ölümündən sonra “dirildilən” Vəzirov - ednews.net

21 Yanvar, Cümə

Meyxanaya görə, yollara tankları düzdürdü - Ölümündən sonra “dirildilən” Vəzirov

Mədəniyyət A- A A+

Azərbaycan SSRİ-nin sonuncu rəhbərlərindən olan Əbdürrəhman Vəzirovun vəfatı bir növ onu yenidən “dirildib”. Uzun illər ictimaiyyətin adını belə unutuğu Vəzirov ölümündən sonra gündəmə çevrilib. Bir çox jurnalist və ictimaiyyət nümayəndələri onun haqqında müsbət və mənfi xarakterli məqalələr yazıb.

Vəzirov haqqında yazılan məqalələrin birində o Azərbaycanda meyxana sənətinə “yaşıl işıq” yandıran ilk siyasətçi kimi təqdim edilib. Məşhur musiqiçi, sənətşünaslıq üzrə elmlər doktoru  Abbasqulu Nəcəfzadə bu iddia ilə bağlı EDNews.net-ə eksklüziv açıqlama verib:

Abasqulu Nəcəfzadənin bəstələdiyi mahnı Qırğızıstan Teleradiosunun Qızıl  fonduna daxil edilib | Eurasia Diary

“Allah Əbdürrəhman Vəzirova rəhmət etsin, onun sayı-hesabı olmayan gunahlarını bağışlasın! O, bütün fəaliyyəti boyu Moskvanın tapşırıqlarını sədaqətlə yerinə yetirirdi. Bu günsə onu bəziləri az qala qəhrəmana çevirir, hətta yazırlar ki, guya o meyxana sənətinə “yaşıl işıq” yandırıb. Qeyd etmək istəyirəm ki, onun Meyxana janrına heç də müsbət münasibəti olmayıb. Əksinə, o "Meyxana" ansamblının filarmoniyada iki günlük anşlaq konsertindən qorxuya düşmüşdü. O, elə bilirdi ki, ansabmldakılar mitinq edəcəklər”.

Musiqişünas həmçinin qeyd edib ki, konsertin 2-ci günü Vəzirov teleteatrdan üzü aşağı tankları düzdürərək filarmoniyaya tərəf gedən yolları bağlatdırıb.

“Konsertin 2-ci günü Mədəniyyət naziri Polad Bülbüloğlu proqram ilə tanış olmaq üçün konsertdən əvvəl ansamblın rəhbəri kimi məni, Nizami Rəmzini və aparıcı Həsən Cəbrayılovu direktorun otağına çağırdı. O, Qarabağla bağlı mahnı və meyxanaları repertuardan çıxartdı ki, camaatı coşdurmaq olmaz. Filarmoniyanın direktoru Əməkdar incəsənət xadimi Rafiq Seyidzadəyə bu konsertə görə partiya töhməti verdilər. Çünki Vəzirov qorxuya düşmüşdü” – deyə, A.Nəcəfzadə bildirib.

Bir 7 kişi ve ayakta duran insanlar görseli olabilir

Söhbət əsnasında Abbasqulu Nəcəfzadə meyxana janrı üçün televiziya qapılarını açan şəxsin adını da açıqlayıb:

“Meyxananın ilk dəfə efirə getməsinə isə AzTV-nin sədri, rəhmətlik Elşad Quliyev icazə verdi. O, mənim xahişimdən sonra bunun üçün imkan yaratdı. Veriliş efirə gedən günü rəhmətlik Nahid Hacıyevin göstərişi ilə meyxana ilə bağlı süjeti (iştirakçılar: meyxana ulduzu Nizami Rəmzi, böyük filoloq Əkrəm Cəfər və mən) "Dalğa" verilişindən çıxarmışdılar. Allah Elşad müəllimin ruhunu şad eləsin! Hər bir meyxanaçı bilməlidir ki, meyxananın efirlərə ayaq açması Elşad Quliyevin Nizami Rəmzi sənətinə olan böyük sevgisindən baş tutub”.

Nicat İsmayılov

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...