“Xaç atası” yenidən kinoprokata çıxır - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

“Xaç atası” yenidən kinoprokata çıxır

Mədəniyyət A- A A+

Frensis Ford Koppolanın "Xaç atası" filmi ekranlara çıxmasının 50-ci ildönümünü qeyd etmək üçün kinoteatrlara qayıdıb.

EDNews.net oxu.az-a istinadən xəbər verir ki, filmin hər üç hissəsi Koppolanın şəxsən özünün rəhbərliyi altında diqqətlə restavrasiya olunub. Xüsusilə, mütəxəssislər neqativlərin üzərindəki ləkələri aradan qaldırıb və rəngləri bərpa ediblər.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Koppola "Xaç atası" filminin davamını çəkmək fikrində olmadığını açıqlayıb.

Qanqster trilogiyası olan "Xaç atası" 1972-1990-cı illər arasında ekranlara çıxıb. O, dünya kino tarixinin şah əsərlərindən sayılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...