Kinomuzun bilinməyən “Qədir”i “Dublyajın döyünən ürəyi” BAHADUR ƏLİYEV

Mədəniyyət 11:09 24.02.2022

Bu gün Azərbaycan kinosunun görkəmli simalarından biri, aktyor və kino istehsalı təşkilatçısı Bahadur Əliyevin doğum günüdür.  

Deyirlər ki, aktyor olmursan, aktyor doğulursan. Bahadur Əliyev isə kino tariximizdə təkcə oynadığı rollarla kifayətlənməyib, həm də filmlərin istehsalı ilə məşğul olub, rejissor assistenti, film direktoru və digər inzibati işlərdə də çalışıb. Kinostudiyada işlədiyi müddətdə xarici və sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində yaxından iştirak etdiyinə görə “dublyajın vuran ürəyi” adlandırılıb. Ömrünün 40 ilə yaxın bir dövrünü milli kino sənətinin inkişafına həsr edib.

Lakin bir çox məşhur Azərbaycan filmlərində bir-birindən maraqlı obrazlar canlandıran aktyor sənətində nuğurlu olsa da, sonralar diqqətdən kənarda qalıb. Həyat yoldaşı vaxtsız vəfat edən aktyor özü də küçədə faciəli şəkildə həyatını itirib.

Bahadur Atabala oğlu Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. Orta məktəb illərindən incəsənətə maraq göstərməyə başlayır və elə həmin vaxtdan aktyor olacağına qərar verir. Məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutunun “Kino və Dram” aktyorluğu fakultəsinə verir. İmtahanlara gecikməsinə baxmayaraq tapşırıqları çox yaxşı həll etdiyinə görə onu instituta qəbul edirlər. İnstitut illərində görkəmli sənətkarlardan dərs alır, 1956-cı ildə oranı bitirdikdən sonra təyinatla Bakı Kinostudiyasına göndərilən Bahadur istedadı ilə burada fərqləndiyi üçün aktyor kimi irəli çəkilir. Beləliklə o, 1957-ci ildə “Bir məhəllədə iki nəfər”, 1958-ci ildə “Küləklər sürünür”, “Onun böyük ürəyi”, 1959-cu ildə “Əsl dost”, “Onu bağışlamaq olarmı?” kimi məşhur Azərbaycan filmlərində epizodik rollara çəkilir. Amma epizodik rollara çəkilməsinə baxmayaraq Azərbaycan xalqının sevgisini qazanmağı bacarır.

Uğurlarına baxmayaraq 3 oktyabr 1959-cu ildə işin həcminin azaldığını deyərək onu işindən azad edirlər. Bu hadisə aktyora çox pis təsir edir. Belə ki, Bahadur Əliyev bundan sonra Bakıda fəaliyyət göstərən “Lal-Karlar Mədəniyyət Evi”ndə rəhbər vəzifədə çalışmağa başlayır. Burada işləməyə sadəcə 15 gün tab gətirən aktyor ərizə yazaraq işdən ayrılır.

12 may 1961-ci ildə yenidən "Azərbaycanfilm" kinostudiyası”na qayıdan Bahadur Əliyev korrektor kimi işləməyə başlayır. Amma bununla yanaşı, “Bizim küçə”, “Böyük dayaq”, “ Telefonçu qız”, “Cazibə qüvvəsi”, “Romeo mənim qonşumdur”, “ Sehrli xalat” kimi məşhur filmlərdə rol alır.

Aktyorun yaradıcılığının zirvəsi isə 1964-cü ildə Süleyman Ələsgərovun eyniadlı operettası əsasında çəkilən Ulduz filmində canlandırdığı Ulduzu sevən kolxoz sədri Qədir obrazı olur.

 

Aktyor bu filmdə qazandığı məşhurluqdan sonra film təkliflərinin artacağını düşünür, amma nəticə gözlədiyi kimi olmur. Kinostudiyanın rəhbərliyi Bahadur bəyə böyük inzibatçı vəzifəsini həvalə edir. O, isə bu vəzifəni icra etməklə bərabər həm də “Dağlarda döyüş”, “Uşaqlığın son gecəsi”, Yenilməz batalyon”, “İstintaq davam edir”(Dövlət təhlükəsizlik xidmətinin kapitan Əliyev), “İyirmialtılar”kimi filmlərdə rol alır.

İstedadlı şəxslərə həmişə dəstək olan görkəmli rejissor Adil İsgəndərov 1 sentyabr 1968-ci ildə Bahadur Əliyevi dublyaj qrupunun direktor müavini vəzifəsinə irəli çəkir. 1973-cü ilə kimi bu vəzifədə işləyən aktyor “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır”, “Özgə ömür” kimi məşhur filmlərə də çəkilir.

Ednews xəbər verir ki, aktyor 39 illik fəaliyyəti dövründə 80-ə yaxın Azərbaycan filmində rol alıb və dublyajında iştirak edib. Səsləndirmə qabiliyyətinə görə ona “dublyajın döyünən ürəyi” də deyirdilər. Bahadur Əliyev, həmçinin SSRİ və Hindistanın birgə istehsalı olan “Əlibaba və qırx quldur”, "Abdulla", Özbəkistan istehsalı olan “Şerəli və Aybərçin”, “Odlu yollarla” filmlərinə də çəkilib.

Bahadur Əliyev eyni zamanda “Mozalan” satirik kinojurnalında bir sıra süjetlərdə rol alıb.

Əsl aktyor üçün rolun böyük kiçiyi olmur. Bahadur Əliyev daha çox epizodik rollara çəkilsə də öz istedadının böyüklüyünü ortaya qoyaraq canlandırdığı obrazları yaddaqalan etməyi bacaran bir sənətkar idi. İrili-xırdalı 80-dək filmdə rol alıb, səsləndirilməsində iştirak edib. Sənətkarın “Böyük dayaq” (komsomolçu), “Axırıncı aşırım” (Eyvaz), “Babək” (Divdad), “Dərviş Parisi partladır” (Bəy), “Möcüzələr adası” (neftçi) “Sehirli xalat” (xanın əsgəri) və s. filmlərdə yaratdığı obrazlar bu gün də baxılır, sevilir.   

Azərbaycanfilmdə həm baş inzibatçı, həm kinoaktyor, eyni zamanda da uzun müddət dublyaj şöbəsində administrator olaraq çalışıb. Bədii, yaxud televiziya filmlərinin çəkilişləri bitdikdən sonra Azərbaycan filmlərini ekranlaşdırmaq, xüsusi təsdiq etdirmək üçün Moskvaya ezam olunurdu. Orada bizimkiləri necə təbliğ və təqdim edirdisə, ardınca mütləq bir neçə aktyor da dəvət olunurdu.  

Bir hobbisi də poeziya idi. Həm poeziyanı sevirdi, həm də özü şeirlər yazırdı.

B. Əliyev hələ tələbə olduğu illərdə ailə qurub. Kinostudiyada işlədiyi illərdə dostları ona zarafatla “bərəkətli Bahadur” deyirdilər. Bu isə aktyorun ailəsinin çox böyük olması və kinostudiyadan aldığı az maaşla o ailəni dolandıra bilməsi ilə bağlı idi. Belə ki, aktyorun on övladı olur və o həmişə “mən uşaqlarımı kinostudiyanın çörəyi ilə böyütmüşəm” deyir. Bahadur bəyin övladlarından da aktyorluq sənətinə yiyələnmək istəyəni olur, amma o, övladlarının onun yolunu davam etdirməsini istəmir.

B. Əliyevin son çəkildiyi film 1985-ci ildə ekranlaşdırılan “Bəyin oğurlanması” filmi olur. Bu filmdən sonra heç bir filmə çəkilməyən aktyora diqqətdən kənarda qalması pis təsir edir. Üstəlik, aktyorun həyat yoldaşı 49 yaşında vəfat edir. Bundan sonra sənətdən də, həyatdan da küsən aktyorun bəzi dostları da ondan uzaqlaşır. Bahadur Əliyev bir gün televiziyada öz ölüm xəbərini eşidir və bundan daha da sarsılır. Keçirdiyi sarsıntılar səbəbindən səhhətində narahatlıq yaşayan aktyor 2002-ci il sentyabrın 16-da günorta radələrində Sumqayıtda küçə ilə gedərkən infarkt keçirir və həyatını itirir.

Ölümü faciəli olan aktyorun həyatında ən böyük faciə isə 70-dən çox filmə çəkilməsinə baxmayaraq heç bir fəxri adla təltif olunmaması olub.  

Qeyd edək ki, gələn il aktyorun 90 illik yubileyi olacaq.

Gülnar Səlimova

“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO

Xəbər xətti

“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Hamısı