Rusiyada XX əsr Azərbaycan rəssamlarının sərgisi keçiriləcək - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Rusiyada XX əsr Azərbaycan rəssamlarının sərgisi keçiriləcək

Mədəniyyət A- A A+

İyunun 7-də A.N.Radişev adına Saratov Dövlət Rəssamlıq Muzeyində XX əsr Azərbaycan rəssamlarının yaradıcılığına həsr olunmuş “Azərbaycanın rəngli yuxuları” adlı sərginin açılış mərasimi keçiriləcək.

Ednews "Report"a istinadən xəbər verir ki, sərgidə Radişev muzeyinin, Mərcani Fondunun və Mixail Arefyevin kolleksiyasına daxil olan rəsm əsərləri, qrafika və xalçalar nümayiş olunacaq.

Ekspozisiyaya 33 azərbaycanlı rəssamın, o cümlədən Səttar Bəhlulzadənin, Nadir Əbdülrəhmanovun, Mikayıl Abdullayevin, Tofiq Cavadovun, Mirnadir Zeynalovun, Toğrul Nərimanbəyovun, Rasim Babayevin, Qəyyur Yunusun və digərlərinin 100-dən çox əsəri daxil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...