Fikrət Əmirovun "Min bir gecə" baleti Bolqarıstanda səhnələşdirildi - ednews.net

26 İyun,

(+994 50) 229-39-11

Fikrət Əmirovun "Min bir gecə" baleti Bolqarıstanda səhnələşdirildi

Mədəniyyət A- A A+

Sofiya Opera və Balet Teatrında Azərbaycan Respublikasının Müstəqillik Günü və Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə dahi bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti səhnələşdirilib.

Bu barədə Ednews-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilın qala balet gecəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstan Respublikası xarici işlər naziri Teodora Gençovska, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Bolqarıstan rəsmiləri, bu ölkədəki diplomatik korpusun nümayəndələri, çoxsaylı izləyicilər iştirak edib.

Gecənin açılışında çıxış edən nazir Ceyhun Bayramov Müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci ildə elan edilən Azərbaycan Demokratik Respublikası olduğunu, 1991-ci ildə ölkəmizin müstəqilliyini bərpa etdiyini və üç onillik ərzində böyük inkişaf yolu keçdiyini qeyd edib. O, Azərbaycanın multikulturalizm ənənələrinə hər zaman sadiq olduğunu və bu gün nümayiş etdirilən baletin də məhz Azərbaycan və Bolqarıstan sənətçilərinin birgə layihəsi olaraq multikulturalizm nümunəsi olduğunu bildirib. Nazir T.Gençovska Azərbaycanı Müstəqillik Günü və diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib və balet qala gecəsinin təşkilinin, eyni zamanda mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafına töhfə olduğunu bildirib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 100 illiyini qeyd etdiyimiz Fikrət Əmirovun yalnız Azərbaycanın deyil, bütün türk dünyasının dahi bəstəkarı olduğunu qeyd edib və balet qalasının həm də türk mədəniyyətinin təşviq edilməsi baxımından əhəmiyyətli olduğunu səsləndirib.

Dirijor Eyyub Quliyevin bələdçiliyi, Eldar Əliyevin xoreoqrafiyası əsasında səhnələşdirilən baletdə bolqar balet rəqqasları izləyicilərə unudulmaz qala gecəsi yaşadıblar. Böyük marağa səbəb olan və çoşqu ilə qarşılanan balet tamaşasında anşlaq olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...