Bakıda Xalq artisti Brilliant Dadaşovanın konsert proqramı baş tutub - FOTOLAR - ednews.net

27 İyun, Bazar ertəsi

(+994 50) 229-39-11

Bakıda Xalq artisti Brilliant Dadaşovanın konsert proqramı baş tutub - FOTOLAR

Mədəniyyət A- A A+

1 iyun Heydər Əliyev sarayında baş tutan "Ürəklə sizinlə" adlı konsertdə Dadaşova tələbələri ilə birlikdə çıxış edib.
 
Ednews xəbər verir ki, Xalq artisti mediaya açıqlamasında “35 ildir solo oxuyuram, bu dəfə öz tələbələrimlə oxuyacam” deyib:
 
“Mən söz vermişdim ki, 2022-ci ili “Səs Azərbaycan” iştirakçılarına həsr edəcəyəm. Mən “Səs Azərbaycan” layihəsində hər bir iştirakçını kənarlaşdıqca görürdüm ki, uşaqlar səhnədə olmaq, tanınmaq, bir parça çörək pulu qazanmaq istəyirlər. Mən jüri kimi mecbur idim ki, hər həftə bir iştirakçını kənarlaşdırım. O zamanlar özümə nifrət etmişdim ki, onları kənarlaşdırdım. Sonra çıxış yolu tapdım, dedim 2022-ci ili onlara həsr edəcəyəm”.

Xalqın sevgisinə güvənən, tamaşaçılarına xüsusi diqqət qayğı göstərən xalq artisti səhnədə nə şou göstərdi, nə də öncədən hazırlanan performans ... Sadəcə xalq mahnılarını və öz repertuarından olan mahnıları yüksək səviyyədə tələbələri ilə birlikdə ifa etdi. Sanki bayağı musiqilərdən, süni şoudan bezən tamaşaçıya da əsl musiqi lazım idi ki, qulaqlarının pası açılsın. Brilliant Dadaşova bunu bacardı.  Heydər Əliyev adına sarayda iynə atsan yerə düşməzdi.

Həqiqətən bütün yerlər dolmuşdu. Son bir ayda gərgin qrafikdə çalışdığını, Vaşingtonda səfərdə olduğunu  diqqətə çatdıran xanım Dadaşova yorğunluğunu dilə gətirsə də, 3 saata yaxın ən sevimli mahnılarını səsləndirməkdən zövq aldı. Brilliant Dadaşevanı və tələbələrni hnədı musiqiçilərin canlı müşayiət edirdi. "Nigar" rəqs qrupu isə gecəyə xüsusi rəng qatdı . Brilliant xanım gecəyarısına qədər davam edən konsertin sonunda söz verdi ki, ən qısa zamanda seçilmiş əsərlərdən ibarət proqram hazırlayıb, musiqini duyan dinləyicilərini yenidən bir araya toplayacaq.

Ən maraqlı məqamlardan biri də B.Dadaşovanın bir neçə dəfə səhnədən enib, tamaşaçılara daha yaxın olması oldu.

Günel Həsənova

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...