Ayxan Ayvazın romanı təqdim olundu - FOTOLAR - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Ayxan Ayvazın romanı təqdim olundu - FOTOLAR

Mədəniyyət A- A A+

Yazıçı Ayxan Ayvazın "Pəncərəsiz" adlı yeni kitabının təqdimat mərasimi olub.

Ednews xəbər verir ki, APA Group MMC-də baş tutan tədbirdə açılış nitqi ilə çıxış edən Kulis.az saytının baş redaktoru, şair Ulucay Akif Ayxan Ayvazın romanı haqqında təəssüratlarını bölüşüb.

"APA Holding"in prezidenti Vüsalə Mahirqızı Ayxan Ayvazın romanını ağrılardan qurtulma cəhdi kimi qiymətləndirib.

"Fikrimcə, Ayxan bu romanı içindəki ağrını çıxarmaq üçün və yeni mərhələyə adlamaq üçün yazıb. İnanıram ki, Ayxanın bundan sonrakı yaradıcılığında bu ağrılara yer olmayacaq və tamamilə yeni bir mərhələ və mətn hiss edəcəyik. Bu, təkcə Ayxanın yaradıcılığına deyil, bütövlükdə Azərbaycan ədəbiyyatından gözləntimdir", - deyə qeyd edib.

Çıxış edən yazıçı, jurnalist Mirmehdi Ağaoğlu romanın mövzusunun cəsarətli olduğunu qeyd edib: "Ayxan bu kitabında bizə hamımıza məlum olan və ağrısını illərdi içində daşıdığı intihar faciəsindən yazıb. Zənnimcə “Pəncərəsiz” həm də Ayxanın bu ağrılardan xilas cəhdidir, İnanıram ki, bundan sonra daha gözəl əsərlərlə bizi sevindirəcək".

Romanın müəllifi Ayxan Ayvaz isə romanın yazılmasının çətinliklərindən danışıb: "Bu roman 3 ilə yazılıb. Hesab edirəm ki, romanda demək istədiklərimin, heç olmasa, 60 faizinə nail olmuşam, yəni onlara mətn şəklində ifadə edə bilmişəm. Roman təbliğ olunarsa, müəyyən bir kütlə qazana bilər, mən buna inanıram".

Daha sonra Vüqar Babazadə, Rəvan Cavid, Murad Muradov, Samirə Əşrəf roman haqqında təəssüratlarını bölüşüblər.

Çıxışlar bitdikdən sonra müəllif oxucular üçün kitab imzalayıb.

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...